Son dəqiqə
Dağıstan rəhbəri Sergey Melikov vəzifəsini tərk edirMilli Onkologiya Mərkəzində baş verən partlayışla bağlı cinayət işi başlandıMilli Onkologiya Mərkəzindəki hadisənin DETALLARI: Xəstə üzərində partlayıcı ilə otağa daxil olubmuşÇempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşdiİşğaldan azad edilmiş ərazilərdə torpaq icarəyə götürmək istəyənlərin NƏZƏRİNƏ: Ərizə qəbulu başlanıbDonald Trampdan Fridrix Mertsə İranla bağlı xəbərdarlıq - FOTO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Rezidenturaya qəbul imtahanı vermək istəyənlərin nəzərinə - DİM-dən XƏBƏRDARLIQ
Rezidenturaya qəbul imtahanı vermək istəyənlərin nəzərinə - DİM-dən XƏBƏRDARLIQ
Cəmiyyət

Rezidenturaya qəbul imtahanı vermək istəyənlərin nəzərinə - DİM-dən XƏBƏRDARLIQ

Bu gün
11:40
0 baxış
Paylaş:

Mayın 3-də rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı, birinci cəhd) keçiriləcək.

Mayın 3-də rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı, birinci cəhd) keçiriləcək.

Gundem.today xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, imtahanda 1 702 namizəd iştirak edəcək. Onlardan 1 308 nəfər Azərbaycan, 394 nəfər isə rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 700 nəfəri oğlan, 1 002 nəfəri isə qızdır. 301 nəfər cari ilin, 760 nəfər əvvəlki illərin məzunudur. 641 nəfər növbəti illərdə məzun olacaq tələbələrdir. 21 nəfər xarici ölkə vətəndaşıdır.

İmtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.

İmtahan saat 10:00-da başlanır və 2 saat 30 dəqiqə davam edəcək. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

İmtahanda iştirak edən namizədlər DİM-in internet saytına daxil olaraq "İmtahana buraxılış vərəqəsi"ni çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara "Namizədin yaddaş kitabçası" da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- şəxsiyyəti təsdiq edən sənədin əsli;

- "İmtahana buraxılış vərəqəsi".

İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır, mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməmək xahiş edilir. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.

İmtahanların keçirilməsi üçün ümumilikdə 7 imtahan binası, 19 imtahan rəhbəri, 7 ümumi imtahan rəhbəri, 152 nəzarətçi, 19 buraxılış rejimi əməkdaşı (mühafizə) və 7 bina nümayəndəsi ayrılıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#rezidentura#qəbul_imtahanı#DİM#Dövlət_İmtahan_Mərkəzi#baza_fənləri#imtahan_qaydaları#buraxılış_vərəqəsi#təhsil_xəbərləri

Oxşar Xəbərlər

İşğaldan azad edilmiş ərazilərdə torpaq icarəyə götürmək istəyənlərin NƏZƏRİNƏ: Ərizə qəbulu başlanıbCəmiyyət

İşğaldan azad edilmiş ərazilərdə torpaq icarəyə götürmək istəyənlərin NƏZƏRİNƏ: Ərizə qəbulu başlanıb

İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə üçüncü investisiya müsabiqəsi üzrə müraciətlərin (ərizələrin) qəbuluna başlanılır.

Bu gün
19:240
Sumqayıtda beş min abonent SUSUZ QALACAQCəmiyyət

Sumqayıtda beş min abonent SUSUZ QALACAQ

Sumqayıt şəhərinin bir sıra yaşayış məntəqələrini içməli su ilə təmin edən magistral kəmərdə aparılan təmir-tikinti işləri ilə əlaqədar sabah gün ərzində suyun verilişində müvəqqəti fasilə olacaq.

Bu gün
19:000
Nizami yurdunda qanunları "küçə" diktə edir?Cəmiyyət

Nizami yurdunda qanunları "küçə" diktə edir?

Kubra Məhərrəmova yazır...

Bu gün
18:120
Qazaxda 10 mindən çox şəxs qazsız qalacaqCəmiyyət

Qazaxda 10 mindən çox şəxs qazsız qalacaq

Qazax rayonu, Daş Salahlı kəndində sabah saat 10:00-dan etibarən qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu gün
18:040