
Riçard Gir Bakıya gəlir? - VİDEO
Hollivud aktyoru Riçard Girin Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) evsizlik probleminə toxunacağı barədə məlumat vermişdik.
Hollivud aktyoru Riçard Girin Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) evsizlik probleminə toxunacağı barədə məlumat vermişdik.
Gundem.today xəbər verir ki, aktyor bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O mayın 21-də Azərbaycanın paytaxtında nümayiş olunacaq özünün "Heç kimin görmək istəmədiyi şey" adlı sənədli filminin mövzusu barədə danışıb.
Lakin Gundem.today-ın əldə etdiyi məlumata görə, Riçard Gir özü forumun tədbirlərində iştirak etməyəcək. Qeyd olunub ki, dünyaca məşhur aktyorun Azərbaycana səfəri gözlənilmir.
Hollivud aktyoru Riçard Girin Gir Fondu İspaniyanın "HOGAR SÍ" qeyri-kommersiya təşkilatı və "UN-Habitat" (BMT-nin Məskunlaşma Proqramı) ilə birlikdə 17-22 may tarixlərində Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) evsizlik probleminə toxunacaq.
Gundem.today-ın xəbərinə görə, aktyor bu barədə öz "Instagram" səhifəsində video paylaşıb.
O, videoda mayın 21-də Azərbaycanın paytaxtında nümayiş olunacaq özünün "Heç kimin görmək istəmədiyi şey" adlı sənədli filminin mövzusu barədə danışıb.
Riçard Girin sözlərinə görə, tərəfdaşlıq evsizlik mövzusunu - mənzildən məhrumiyyətin ən ağır formasını qlobal gündəmin mərkəzinə gətirməyi və mənzilə çıxışı təmin edən həlləri təşviq etməyi hədəfləyir.
"Beynəlxalq təşkilatların məlumatına görə, dünyada təxminən üç milyard insan adekvat mənzilə çıxış imkanına malik deyil, bir milyarddan çox insan qeyri-rəsmi yaşayış məntəqələrində yaşayır və 300 milyondan çox insan evsizliklə üzləşir", - deyə o bildirib.
Qeyd edək ki, filmdə Riçard və Alexandra Gir evsiz qalmış və mənzil əldə etmələri sayəsində öz həyatlarını dəyişməyə nail olmuş insanlarla söhbət edirlər.
Forumu dəstəkləyən videomüraciətində Riçard Gir təcili tədbirlərin vacibliyini vurğulayıb.
"Mənzil bütün digər hüquqların təməlidir. Təhlükəsiz ev olmadan sağlamlıq, təhsil və sabit iş mümkün deyil. Evsizlik qaçılmaz deyil. Bu, dərin bir ədalətsizlikdir və ləyaqət, yaşayış yeri və həmrəyliyi seçməklə bunun öhdəsindən gəlmək olar", - deyə aktyor qeyd edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətMingəçevirdə WUF13 Festivalı çərçivəsində məlumatlandırma sessiyası keçirilib - FOTO
Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) barədə ölkə ictimaiyyətinin məlumatlandırılması məqsədilə mayın 6-da Mingəçevir Dövlət Universitetində müəllim və tələbələrin iştirakı ilə WUF13-ə həsr edilmiş maarifləndirmə sessiyası keçirilib.
CəmiyyətVüsal Aslanov iki yeni rəis təyin etdi - FOTO
"Bakı Metropoliteni" QSC-də yeni kadr təyinatları olub.
CəmiyyətMina qurbanlarının ailələri ilə bağlı güzəştin qüvvəyə minəcəyi VAXT AÇIQLANDI - FOTO
Minatəmizləmə zamanı həlak olanların dövlət və özəl ali məktəblərdə və ya kolleclərdə ödənişli əsaslarla təhsil alan ailə üzvlərinin təhsil haqları dövlət büdcəsi hesabına qarşılanır.
CəmiyyətBakının mərkəzi prospektində "Qırat" Koroğlunu "axtarır" - VİDEO
Bakıda nəqliyyatın hərəkətinin intensiv olduğu Heydər Əliyev prospektində sahibsiz atın hərəkət zolağına çıxması sürücülərin təəccübünə və narahatlığına səbəb olub.