
Rusiyada FTX məmurlara qarşı terror planını pozdu - VİDEO
Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Ukrayna xüsusi xidmət orqanları tərəfindən "Roskomnadzor" (Monitorinq və İdarəetmə Mərkəzi) rəhbərliyinə qarşı hazırlanan terror hücumunun qarşısının alındığını bəyan edib.
Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Ukrayna xüsusi xidmət orqanları tərəfindən "Roskomnadzor" (Monitorinq və İdarəetmə Mərkəzi) rəhbərliyinə qarşı hazırlanan terror hücumunun qarşısının alındığını bəyan edib.
Gundem.today-ın FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzinə istinadla yaydığı xəbərə əsasən, Kiyev tərəfindən əməkdaşlığa cəlb olunan neofaşist ideologiyası tərəfdarları rəsmilərin maşınını partlatmağı planlaşdırıblar. Hadisə ilə bağlı yeddi nəfər şübhəli şəxs qismində həbs edilib, qruplaşmanın rəhbəri olduğu ehtimal edilən şəxs isə silahlı müqavimət zamanı məhv edilib.
İctimaiyyətlə Əlaqələr Mərkəzinin yaydığı açıqlamada qeyd olunub:
"2026-cı il aprelin 18-də "Roskomnadzor" rəsmilərinə qarşı içərisinə partlayıcı yerləşdirilmiş avtomobilin partladılması yolu ilə həyata keçirilməsi planlaşdırılan terror aktının qarşısı alınıb".
FTX-nin məlumatına əsasən, Moskva, Ufa, Novosibirsk və Yaroslavl şəhərlərində həyata keçirilən tədbirlər zamanı Ukrayna kəşfiyyatı tərəfindən "Telegram" tətbiqi üzərindən əməkdaşlığa cəlb olunan, cinayətin hazırlıq mərhələsində iştirak edən yeddi ifrat sağçı və neofaşist baxışlı şəxs ələ keçirilib.
Mərkəzin verdiyi bilgiyə görə, qruplaşmanın başçısı olan 2004-cü il təvəllüdlü Moskva sakini saxlama əməliyyatı zamanı odlu silahla müqavimət göstərdiyi üçün zərərsizləşdirilib.
Əməliyyat-axtarış tədbirləri gedişində şübhəlilərdən ümumi çəkisi 1 kiloqram olan əldəqayırma partlayıcılar, "F-1" tipli qumbara, səsboğucusu olan PM tapançası, iki ədəd qaz tapançası, rabitə vasitələri, neonasist simvolları və Ukrayna hərbiləşdirilmiş dəstələrinin nişanları götürülüb.
Həmçinin onlarda Rusiyada fəaliyyəti qadağan edilmiş Ukrayna təşkilatına qoşulma qaydalarını izah edən təlimatlar tapılıb. Qanunsuz silah və partlayıcı maddə saxlama faktları üzrə cinayət işləri başlanılıb, saxlanılan şəxslərə qarşı terror aktına hazırlıq maddəsi ilə ittihamın irəli sürülməsi məsələsi müzakirə olunur.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaYaponiyada təbii fəlakət tüğyan edir: Minlərlə sakin üçün təxliyə qərarı verildi - VİDEO
Yaponiyanın şimal-şərqində yerləşən İvate prefekturasında meşə yanğınları artıq 430 hektardan çox ərazini əhatə edib.
DünyaTrampla VİP görüş üçün tələb olunan məbləğ kəskin ucuzlaşdı
ABŞ Prezidenti Donald Trampla VİP görüş üçün tələb edilən məbləğdə kəskin eniş qeydə alınıb. İndi bu təması reallaşdırmaq üçün 539 min dollar ekvivalentində TRUMP memkoini yetərlidir.
DünyaABŞ İspaniyanı NATO-dan çıxarmaq istəyir - Madriddən REAKSİYA
İspaniyanın Baş naziri Pedro Sançes İranla münaqişədəki mövqeyinə görə rəsmi Madridə qarşı ABŞ-nin mümkün tədbirləri barədə xəbərləri şərh edib. O bildirib ki, İspaniya hakimiyyəti yalnız rəsmi sənədlərə əsaslanır, daxili sızmalara cavab vermək niyyətindən uzaqdır.
DünyaPaşinyan: "Ermənilər beynəlxalq səviyyədə tanınmış ərazidən kənarda vətən axtarmamalıdırlar"
"Əgər ermənilər məhv olmaq istəmirlərsə, o zaman Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisindən kənarda vətən axtarmağı dayandırmalıdırlar".