
Rusiyada iki kənddə fövqəladə vəziyyət rejimi tətbiq edildi: 200-dən çox həyətyanı sahəni su basdı
Rusiyanın Tomsk vilayətinin Çornaya Reçka kəndində 222 həyətyanı sahəni su basıb.
Rusiyanın Tomsk vilayətinin Çornaya Reçka kəndində 222 həyətyanı sahəni su basıb.
Gundem.today TASS-a istinadən xəbər verir ki, bu barədə Tomsk vilayəti üzrə Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi məlumat yayıb.
Bildirilir ki, həmçinin 25 yaşayış evi su altında qalıb. Bundan başqa, Zareçnoye və Spasskoye yaşayış məntəqələrinin ərazisində fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Daha əvvəl Tomsk vilayətinin qubernatoru Vladimir Mazur bildirmişdi ki, Zareçnoye kənd yaşayış məntəqəsinə daxil olan Çornaya Reçka və Taxtamışevo yaşayış məntəqələrində təxminən 80 nəfər təxliyə edilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaYeni müharibə təhlükəsi: İsrail ordusu yüksək hazırlıq vəziyyətinə gətirildi
İsrail ordusuna İrana qarşı hücumların bərpasına hazırlaşmaq tapşırılıb.
DünyaTramp Hörmüz boğazını blokadaya almağı əmr etdi
ABŞ Hörmüz boğazından keçməyə cəhd edən bütün gəmiləri dayandırmağa başlayacaq.
DünyaVladimir Putin və Məsud Pezeşkian Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Rusiya və İran prezidentləri Vladimir Putinlə Məsud Pezeşkian telefon danışığında Yaxın Şərqdəki vəziyyətin son inkişafını müzakirə ediblər.
DünyaKİV: ABŞ nümayəndə heyəti Pakistanı tərk edib
ABŞ nümayəndə heyəti İranla danışıqları başa vurduqdan sonra Pakistanı tam heyətdə tərk edib.