
Rusiyada qaz sızması: Müəllim və 14 şagird zəhərləndilər
Rusiyanın Omsk vilayətinin Tara şəhərində boru kəməri işləri zamanı qaz sızması nəticəsində məktəblilər zəhərləniblər.
Rusiyanın Omsk vilayətinin Tara şəhərində boru kəməri işləri zamanı qaz sızması nəticəsində məktəblilər zəhərləniblər.
Gundem.today Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə bölgənin qubernatoru Vitali Xotsenko açıqlama verib.
Məlumata görə, qaz sızması zamanı yaxınlıqda ekskursiyada olan məktəblilər zərər görüblər.
Regional prokurorluq qazdan ümumilikdə 15 nəfərin zəhərləndiyini bəyan edib. Bunlardan 14-ü şagird, biri müəllimdir.
Yeddi nəfər yüngül xəsarətlərlə xəstəxanaya yerləşdirilib, digərlərinə ambulator yardım göstərilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaKruiz gəmisində ölümcül infeksiya: Üç sərnişin təxliyə edildi
Hantavirus infeksiyasına yoluxduğu şübhəsi ilə "MV Hondius" kruiz laynerindən (gəmi) üç sərnişin təxliyə edilib və müalicə üçün Niderlanda göndərilib.
DünyaABŞ-də federal işçi Trampı hədələməkdə ittiham olunur
ABŞ-nin Federal Aviasiya Administrasiyasının əməkdaşına Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampı hədələdiyi üçün ittiham irəli sürülüb.
DünyaHörmüz boğazında ticarət gəmilərinə hücumları ABŞ hərbçiləri dəf etdilər
Hörmüz boğazında üzən ABŞ-nin iki ticarət gəmisinin göyərtəsində hərbi qulluqçular yer alıblar.
DünyaABŞ yeni dünya nizamı qurur: İttifaqlar dəyişir, risklər artır? - VİDEO
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışında ABŞ-BMT münasibətlərindən danışılıb.