Rusiyadan qızıl ixracı məhdudlaşdırıldı
Dünya

Rusiyadan qızıl ixracı məhdudlaşdırıldı

İndi
01:24
0 baxış
Paylaş:

Rusiya Prezidenti Vladimir Putin mayın 1-dən etibarən fiziki şəxslər, hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən 100 qramdan artıq çəkidə olan saflaşdırılmış qızıl külçələrinin ölkədən ixracını qadağan edən fərman imzalayıb.

Gundem.today xəbər verir ki, müvafiq sənəd hüquqi aktların rəsmi saytında yerləşdirilib.

Eyni zamanda, bir sıra istisnalar nəzərdə tutulur. Belə ki, qızıl külçələrinin Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinə ixracına yalnız Moskvanın "Vnukovo", "Domodedovo", "Şeremetyevo" hava limanları və Vladivostok şəhərində yerləşən "Kneviçi" hava limanı vasitəsilə Federal Əyar Palatası tərəfindən verilmiş icazə əsasında yol verilir.

Bundan əlavə, fiziki şəxslər tərəfindən qızıl külçələrinin Aİİ-yə daxil olmayan dövlətlərə həmin hava limanları vasitəsilə Federal Əyar Palatasının icazəsi ilə ixracın, habelə hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən qızıl külçələrinin Aİİ-yə daxil olmayan ölkələrə ixracına dair istisnalar nəzərdə tutulub.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Rusiya_Federasiyası#Vladimir_Putin#Qızıl_külçəsi

Oxşar Xəbərlər