
Sabah 40 dərəcə isti olacaq
Avqustun 9-da gözlənilən hava şəraiti açıqlanıb.
Avqustun 9-da gözlənilən hava şəraiti açıqlanıb.
Gundem.today xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 22-26° isti, gündüz 34-39° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 45-50% olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdən başlayaraq arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-39°, bəzi yerlərdə 40° isti, dağlarda gecə 15-20° isti, gündüz 25-30° isti olacaq.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətBəzi ərazilərdə 37 dərəcə isti olacaq: Həftənin ilk iş gününün HAVASI
Avqustun 10-a gözlənilən hava şəraiti açıqlanıb.
CəmiyyətQalmaqallı əməliyyat görüntüləri kütləvi pozuntuları üzə çıxardı: Klinikaya 15 gün vaxt verildi - VİDEO
Sosial şəbəkələrdə geniş müzakirə olunan əməliyyat görüntüləri ilə bağlı Baku TV-nin araşdırmasından sonra Səhiyyə Nazirliyi tərəfindən tədbir görülüb.
CəmiyyətAzərbaycanda bəzi şəxslərə məcburi psixiatriya yardımı göstəriləcək - Qanun nə deyir? - VİDEO
Azərbaycanda məhkəmə qərarı olmadan, prokurorun qərarı ilə şəxslərin qeyri-könüllü psixiatrik müayinəyə cəlb edilməsi və məcburi hospitallaşdırma qaydaları ilə tanış olun.
Cəmiyyətİki il təhsil, yoxsa iş təcrübəsi? - Magistratura üçün yeni yanaşma TƏKLİFİ
Dövlət İmtahan Mərkəzinin (DİM) elan etdiyi magistraturaya qəbul nəticələrinə görə dörd minə yaxın plan yeri boş qalıb. Rəqəmlər magistratura təhsilinə marağın səviyyəsini və əmək bazarındakı dəyərinin yenidən qiymətləndirilməsinə ehtiyac olduğunu göstərir.