
Sabahdan bəzi məktəblərdə dərslər DİSTANT formada keçiriləcək
Təhsilalanların bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə iyunun 5-i və 6-da IV, VI sinifləri əhatə edəcək monitorinqin aparılması ilə əlaqədar bəzi məktəblərdə tədris distant formaya keçirilib.
Təhsilalanların bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə iyunun 5-i və 6-da IV, VI sinifləri əhatə edəcək monitorinqin aparılması ilə əlaqədar bəzi məktəblərdə tədris distant formaya keçirilib.
Gundem.today-ın xəbərinə görə, bununla bağlı məlumatlandırılma məqsədilə valideyn qruplarına xəbərdarlıq göndərilib.
Qeyd edək ki, sözügedən monitorinq ümumilikdə 300 mindən çox 4-cü və 6-cı sinif şagirdləri arasında həyata keçiriləcək. 13 552 şagirdin kompüter əsaslı monitorinqdə iştirakı nəzərdə tutulur. Bu il ilk dəfə olaraq monitorinq tapşırıqlarına açıq tipli suallar daxil ediləcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətBakıda yeni söküntülər və abadlıq layihələri: Hansı ərazilər dəyişəcək?
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir sıra ərazilərdə söküntü və abadlaşdırma işlərinin aparılması nəzərdə tutulur.
Cəmiyyətİş müsahibələrində qıcıqlandırıcı suallar: Namizədlər hansı hallarda stresə düşürlər? - VİDEO
İş üçün müraciət edən şəxslər müsahibə zamanı bəzən "Sizi niyə işə götürməliyik?", "Azyaşlı övladlarınız varmı?", "Stres altında işləməyi bacarırsınızmı?" kimi gözlənilməz və bəzən şəxsi həyata toxunan suallarla qarşılaşırlar. Müsahiblər bildirirlər ki, bir çox hallarda iş görüşmələrində vakansiya ilə birbaşa əlaqəsi olmayan, qıcıqlandırıcı hesab edilən suallar namizədlərdə çaşqınlıq yaradır.
CəmiyyətMehdiabadda ev alan sakinlər ŞİKAYƏT ETDİLƏR: "Nə binanı təhvil verirlər, nə də pulumuzu qaytarırlar" - VİDEO
Mehdiabadda 2021-ci ildə tikintisi başlanan beşmərtəbəli yaşayış binası hələ də istifadəyə verilməyib. Mənzil sahibləri beş ildir gözləyir, nə bina təhvil verilir, nə də ödənilən pullar qaytarılır.
Cəmiyyət"Qadınlar səhvi, düzü bilirdilər" - Təranə Cəbiyeva unudulan Bakı adətlərindən danışdı - VİDEO
Baku TV-nin "O vaxtlar" verilişinin budəfəki qonağı tarixçi və publisist Təranə Cəbiyeva olub.