
Şabranda sel körpünü uçurub - FOTO
Şabran rayonunda yağan güclü yağışlar nəticəsində gələn sel Xəlfələr kəndində körpünü uçurub.
Şabran rayonunda yağan güclü yağışlar nəticəsində gələn sel Xəlfələr kəndində körpünü uçurub.
Gundem.today APA-ya istinadən xəbər verir ki, kəndin bir hissəsinin rayon mərkəzi ilə əlaqəsi kəsilib.
Rayon mərkəzindən 11 kilometr məsafədə yerləşən kənd Dəvəçi çayının hər iki sahilində, dağların ətəyində yerləşir. Son günlər yağan intensiv yağışlar nəticəsində Dəvəçi çayında suyun səviyyəsi artıb və çayın hər iki sahilini birləşdirən körpü dağılıb. Nəticədə kəndin digər hissəsinin rayon mərkəzi ilə əlaqəsi kəsilib.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
HadisəBakıda yolu köndələn keçən qadını avtomobil vurdu - DƏHŞƏTLİ QƏZANIN ANBAAN VİDEOSU
Paytaxtın Nizami rayonu, "Koroğlu" metro stansiyasının yaxınlığında yolu piyadalar üçün nəzərdə tutulmayan yerdən, köndələn keçən qadını avtomobil vurub.
HadisəAğdaşda 68 yaşlı kişi kafedə öldü
Ağdaş rayonunda 68 yaşlı kişi kafedə ölüb.
HadisəBakıda məktəbli oğlanı maşın vurub öldürdü
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
HadisəŞəkidə elektrik cərəyanı vuran 40 yaşlı kişi ölüb
Şəkidə 40 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.