
Saleh Məmmədov pul ayırmadı: Aylardır maaşsız qaldılar - FOTO
Azərbaycan həndbol komandaları üç aydır ki, maaş almırlar.
Azərbaycan həndbol komandaları üç aydır ki, maaş almırlar.
Gundem.today xəbər verir ki, bununla bağlı "Qafqazinfo"ya komandaların üzvləri və məşqçiləri müraciət ediblər.
Onların iddiasına görə, Azərbaycan Həndbol Federasiyasının prezidenti Saleh Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri vəzifəsindən azad edildikdən sonra əməkhaqqılarını ala bilmirlər.
Bildirilib ki, federasiyadan maliyyələşən klublarda heç kimə son iki ayın maaşı verilməyib.
Belə ki, kişilərdə çempionatın lideri olan "Bakı" komandasının üç legioneri bu səbəbdən ölkəni tərk edib:
"Yanvar ayında hamıya VÖEN açılsa da, cəmi bir ay maaş verilib. Hazırda federasiyada və klublarda 200-ə yaxın adam əməkhaqqı ala bilmir. Legionerlərin hamısı, demək olar ki, komandalardan gedib. Bəzi oyunçular isə yaş səbəbi ilə həndboldan uzaqlaşdırılıblar. Halbuki idmanda elə bir qayda yoxdur ki, hansısa idmançı bu yaşında karyerasını bitirməlidir. Biz çempionatdan imtina etmirik, amma matçlara getmək üçün pul yoxdur. Federasiyanın bizdən nəsə tələb etməyə də haqqı yoxdur".
Qeyd edilib ki, komandalar məşq etməyə də yer tapmırlar. "AHF Arena"nın icarəhaqqı da 20 min manatı keçib və orada da məşq üçün şərait yaradılmır:
"Biz oyunları dayandırmağı tələb etdik, lakin heç cavab almadıq. Bundan sonra maaşlarımızı alana qədər heç bir oyuna, yarışa getməyəcəyik. Oyunçuların məşqə gəlməyə cibində pul yoxdur. Gənc həndbolçuları da bu idmandan soyudurlar. Hər dəfə də deyirlər ki, səbir edin. Danışırıq və yalan vədlər verirlər.
Federasiyanın baş katibi Yusif Atakişiyev və vitse-prezident Orxan Abbasov da suallara cavab vermirlər. Heç kəs maaşların nə vaxt ödəniləcəyi ilə bağlı dəqiq söz demir".
Şikayətlə bağlı müraciət olunan Yusif Atakişiyev maliyyə problemləri yaşadıqlarını təsdiqləyib:
"Üç ay deyil, iki aydır ki, maaşlar verilmir. Federasiya daxilində maliyyə sıxıntıları olduğu üçün əməkhaqqılarını verməkdə çətinlik çəkirik. Problemin nə olduğunu isə rəhbərlik bilər. Məndə heç bir məlumat yoxdur".
Qeyd edək ki, Saleh Məmmədov bu ilin fevralında AAYDA sədri vəzifəsindən azad edilib. Onu bu postda əmək və əhalinin sosial müdafiəsi nazirinin sabiq müavini və Azərbaycan Boks Federasiyasının keçmiş vitse-prezidenti Vüsal Nəsirli əvəzləyib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətMərkəzi Banka baş direktor təyin edildi: 10 oldular - FOTO
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Sadiq Axundovu quruma baş direktor təyin edilib.
CəmiyyətTofiq Əsgərova yüksək vəzifə verildi - FOTO
Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayevin müvafiq əmrinə əsasən, İnzibati təşkilat sektorunun müdiri vəzifəsinə təyinat olub.
CəmiyyətBakının mərkəzində QAYDA POZUNTUSU: Maşını nizamsız park edib getdi - VİDEO
Bakının mərkəzində avtomobilin düzgün qaydada park edilməməsi digər sürücülərin narazılığına səbəb olub.
CəmiyyətSəhiyyə Nazirliyinin mütəxəssisi xəbərdarlıq edir: Oturaq həyatın gizli təhlükələri - FOTO
Fiziki aktivlik insan sağlamlığının qorunmasında mühüm rol oynayan əsas amillərdən biridir. Müasir dövrdə bu sahənin əhəmiyyəti daha da artır.