
SAXAL Livanda əməliyyat başlayandan "Hizbullah"ın 1400 üzvünün öldürüldüyünü açıqlayıb
İsrail ordusu Livanda keçirilən əməliyyatlar zamanı "Hizbullah"ın 1 400-dən çox üzvünün öldürüldüyünü iddia edib.
İsrail ordusu Livanda keçirilən əməliyyatlar zamanı "Hizbullah"ın 1 400-dən çox üzvünün öldürüldüyünü iddia edib.
Gundem.today TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu (SAXAL) məlumat yayıb.
Bildirilib ki, döyüş əməliyyatları martın 2-dən davam edir. Bu müddətdə Livan ərazisinə endirilən zərbələr nəticəsində 4 300-dən çox hərbi infrastruktur obyekti məhv edilib.
Eyni dövrdə İsrail tərəfi 12 hərbçisinin həlak olduğunu açıqlayıb.
Qeyd edək ki, İsrail Livanda əməliyyatlara martın 2-də başlayıb. "Hizbollah" İsrail ərazisinə zərbələr endirməyə başladıqdan sonra qarşıdurma genişlənib. Rəsmi açıqlamalara görə, əməliyyatın məqsədi Litani çayının cənubunda bufer zona yaratmaq və İsrailin şimal yaşayış məntəqələrini atəşdən qorumaqdır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaTramp: "İran nüvə silahından imtina edəcəyini bildirir"
ABŞ Prezidenti Donald Tramp İranın şəxsi təmaslarda nüvə silahından tam imtina edəcəyini bildirdiyini, lakin açıq şəkildə uranın zənginləşdirilməsi hüququndan danışdığını deyib.
DünyaABŞ nümayəndə heyəti İranla danışıqlara gedir: Səhnə arxasında nə baş verir?
ABŞ vitse-prezidenti Ceyms Devid Vens Pakistanın paytaxtı İslamabadda Tehranla keçiriləcək müzakirələrdən uğurlu nəticələr gözlədiyini ifadə edib.
DünyaTramp: "Danışıqlar uğursuz olsa, İrana yenidən zərbə endirilə bilər"
ABŞ Prezidenti Donald Tramp Pakistanda keçirilən danışıqların uğursuz olacağı təqdirdə İrana yenidən zərbə endirilə biləcəyini bildirib.
DünyaKİV: İsrail Livanı vursa, İran danışıqları dayandıracaq
İsrailin Livana davam edən zərbələri səbəbindən İran ABŞ ilə İslamabadda keçiriləcək danışıqları bir neçə dəfə təxirə salıb.