Son dəqiqə
Çexiya Azərbaycanın azad edilmiş ərazilərində investisiya imkanlarını araşdıracaqİqtisadi Əməkdaşlıq Təşkilatının 18-ci Zirvə görüşü İranda keçirilməyə bilərBrent markalı neftin qiyməti 109 dolları ötübBakının bir küçəsində hərəkət birtərəfli təmin ediləcəkPrezident: "Ticarət dövriyyəmiz 800 milyon dollardan çoxdur" - VİDEOLuka Modriç mövsümü bitirdi
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Səbinə Salmanova: "Energetika sahəsi Azərbaycan ilə Çexiya arasında münasibətlərin əsas dayaqlarından biri hesab olunur"
Səbinə Salmanova: "Energetika sahəsi Azərbaycan ilə Çexiya arasında münasibətlərin əsas dayaqlarından biri hesab olunur"
Siyasət

Səbinə Salmanova: "Energetika sahəsi Azərbaycan ilə Çexiya arasında münasibətlərin əsas dayaqlarından biri hesab olunur"

Bu gün
19:46
0 baxış
Paylaş:

"Azərbaycan ilə Çexiya arasında münasibətlər son illərdə dinamik inkişaf mərhələsinə qədəm qoyaraq, qarşılıqlı etimad və strateji tərəfdaşlıq prinsipləri əsasında daha da möhkəmlənməkdədir. Bu əlaqələr yalnız diplomatik çərçivə ilə məhdudlaşmır, həm də iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, investisiya mühiti, eləcə də mədəni və humanitar sahələri əhatə edən geniş spektri özündə birləşdirir".

"Azərbaycan ilə Çexiya arasında münasibətlər son illərdə dinamik inkişaf mərhələsinə qədəm qoyaraq, qarşılıqlı etimad və strateji tərəfdaşlıq prinsipləri əsasında daha da möhkəmlənməkdədir. Bu əlaqələr yalnız diplomatik çərçivə ilə məhdudlaşmır, həm də iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, investisiya mühiti, eləcə də mədəni və humanitar sahələri əhatə edən geniş spektri özündə birləşdirir".

Bu sözləri Gundem.today-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, iki ölkə arasında qurulan bu çoxşaxəli əməkdaşlıq modeli Avropa ilə Cənubi Qafqaz arasında körpü rolunu oynamaqla yanaşı, regional sabitlik və inkişaf baxımından da mühüm əhəmiyyət kəsb edir:

"Bu baxımdan Çexiyanın Baş naziri Andrey Babişin Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcıdır. Dövlətimizin başçısı cənab İlham Əliyevin onunla Qəbələdə keçirdiyi təkbətək və geniş tərkibdə görüşü, liderlərin bəyanatları əməkdaşlığın gələcək istiqamətlərini müəyyənləşdirərək tərəflər arasında əlaqələrin daha da dərinləşdirilməsinə xidmət edir. Onu da qeyd edim ki, 2015-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə Azərbaycan ilə Çex Respublikası arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsində mühüm rol oynayıb. Bu sənəd tərəflər arasında əməkdaşlığın yalnız mövcud səviyyəsini təsdiqləməklə kifayətlənməyib, eyni zamanda gələcək inkişaf üçün konkret istiqamətləri müəyyən edən mühüm siyasi və hüquqi çərçivə yaradıb".

Deputat bildirib ki, energetika sahəsi Azərbaycan ilə Çexiya arasında münasibətlərin əsas dayaqlarından biri hesab olunur və qarşılıqlı iqtisadi maraqların təmin edilməsində mühüm rol oynayır.

"Azərbaycan zəngin neft və təbii qaz ehtiyatlarına malik olan ölkə kimi uzun illərdir ki, Avropanın enerji təhlükəsizliyinə töhfə verən etibarlı tərəfdaşlardan sayılır. Bu əməkdaşlıq, xüsusilə, enerji resurslarının ixracı və təchizat zəncirlərinin şaxələndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Azərbaycan neftinin Çexiyaya ixracı bu ölkənin enerji balansında mühüm paya sahibdir və sənaye sektorunun dayanıqlı enerji təminatına dəstək verir. Eyni zamanda, Azərbaycanın Avropa bazarına təbii qaz tədarükü son illərdə əhəmiyyətli dərəcədə genişlənib. Hazırda Azərbaycan qazı 16 ölkəyə ixrac olunur ki, bunlardan 10-u Avropa İttifaqının üzv dövlətləridir. Bu fakt Azərbaycanın Avropa enerji sistemində artan rolunu və etibarlı təchizatçı kimi mövqeyini daha da gücləndirir. Bundan əlavə, Azərbaycanın Çexiyaya yaxın yerləşən digər Avropa ölkələrinə də qaz ixrac etməsi regionun ümumi enerji təhlükəsizliyinə mühüm töhfə verir".

S.Salmanova onu qeyd edib ki, Azərbaycanla Çexiya arasında əməkdaşlıq təkcə iqtisadi, enerji təhlükəsizliyi ilə məhdudlaşmır, eyni zamanda müdafiə sənayesi kimi strateji istiqaməti də əhatə edir:

"Bu isə Azərbaycan ilə Çex Respublikası arasında münasibətlərin nə qədər dərin və çoxşaxəli xarakter daşıdığını aydın şəkildə göstərir. Xüsusilə, son illərdə müdafiə sənayesi sahəsində qarşılıqlı maraq və əməkdaşlıq imkanlarının genişlənməsi diqqət çəkir. Prezident İlham Əliyev Qəbələdə Andrey Babişlə mətbuata bəyanatında bu məsələyə xüsusi toxunaraq bildirdi ki, uzun müddət ərzində bu sahədə uğurlu əməkdaşlıq aparılır. Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan Çexiyadan bir çox hərbi təyinatlı məhsullar alır və indiki mərhələdə birgə istehsalla bağlı konkret layihələr üzərində danışıqlar gedir. Cənab Prezident İlham Əliyevin bu fikirləri iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın artıq yeni mərhələyə qədəm qoyduğunu göstərir. Məlumdur ki, Azərbaycan son illərdə müdafiə qabiliyyətinin gücləndirilməsinə və bu sahədə yerli istehsalın genişləndirilməsinə xüsusi önəm verir. Bu yanaşma yalnız milli təhlükəsizliyin təmin edilməsində deyil, həm də sənaye və texnologiya sektorunun inkişafında mühüm rol oynayır. Bu baxımdan, müdafiə sənayesində böyük təcrübəyə malik olan Çexiya ilə əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır. Çexiyanın bu sahədə formalaşmış sənaye infrastrukturu, müasir texnoloji imkanları və zəngin təcrübəsi birgə layihələrin uğurla həyata keçirilməsinə əlverişli şərait yaradır. Hesab edirəm ki, bu istiqamətdə əldə olunacaq nailiyyətlər tərəfdaşlığın strateji əhəmiyyətini daha da artıracaq və iki ölkə arasında münasibətlərin gələcək inkişafına mühüm təkan verəcək".

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#Çexiya#Azərbaycan-Çexiya_münasibətləri#Səbinə_Salmanova

Oxşar Xəbərlər

Çexiya Azərbaycanın azad edilmiş ərazilərində investisiya imkanlarını araşdıracaqSiyasət

Çexiya Azərbaycanın azad edilmiş ərazilərində investisiya imkanlarını araşdıracaq

"Çexiya Azərbaycanın azad edilmiş ərazilərində investisiya imkanlarını araşdırmaq niyyətindədir".

Bu gün
20:480
İqtisadi Əməkdaşlıq Təşkilatının 18-ci Zirvə görüşü İranda keçirilməyə bilərSiyasət

İqtisadi Əməkdaşlıq Təşkilatının 18-ci Zirvə görüşü İranda keçirilməyə bilər

"İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 18-ci Zirvə görüşü İranda keçirilməyə bilər".

Bu gün
20:460
Prezident: "Ticarət dövriyyəmiz 800 milyon dollardan çoxdur" - VİDEOSiyasət

Prezident: "Ticarət dövriyyəmiz 800 milyon dollardan çoxdur" - VİDEO

"Bizim indi çox fəal siyasi dialoqumuz var. Bu gün bir çox məsələlər - həm regional, həm ikitərəfli, həm də daha qlobal xarakter daşıyan məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır".

Bu gün
20:240
Çexiyanın baş naziri: "Bugünkü forum əməkdaşlığımızı intensivləşdirərək irəli aparacaq"Siyasət

Çexiyanın baş naziri: "Bugünkü forum əməkdaşlığımızı intensivləşdirərək irəli aparacaq"

"Bugünkü forum əlbəttə ki, bizim əməkdaşlığımızı intensivləşdirərək irəli aparacaq və bu, bizim üçün çox önəmlidir. Çünki biz əminik ki, şirkətlərimiz əla məhsul və xidmətləri təklif edirlər".

Bu gün
19:500