Son dəqiqə
İndoneziyada vulkan püskürdü, ərazidəki 20 turist itkin düşdü - VİDEOŞərur rayonunun bəzi əraziləri qazsız qalacaqAğsu dolaylarında TORPAQ SÜRÜŞMƏSİ: Yol qismən BAĞLANDI - FOTOWUF13 çərçivəsində Bakıda 370-dən çox tərəfdaş tədbiri keçiriləcək - FOTOBMT-nin forumunda 42 ölkə adından çıxış etmək hüququ Azərbaycana verilib - FOTO"Naxçıvan - memar Əcəmi irsi" gümüş sikkəsi təqdim olundu
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Şəhid ailələri Türkiyənin Çanaqqala şəhərini ziyarət ediblər - FOTO
Şəhid ailələri Türkiyənin Çanaqqala şəhərini ziyarət ediblər - FOTO
Cəmiyyət

Şəhid ailələri Türkiyənin Çanaqqala şəhərini ziyarət ediblər - FOTO

Bu gün
10:15
0 baxış
Paylaş:

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) təşkilatçılığı, "Azərbaycan Hava Yollar" QSC-nin tərəfdaşlığı ilə şəhid ailə üzvlərindən ibarət 30 nəfərlik nümayəndə heyəti Türkiyənin Çanaqqala şəhərinə səfər edib.

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) təşkilatçılığı, "Azərbaycan Hava Yollar" QSC-nin tərəfdaşlığı ilə şəhid ailə üzvlərindən ibarət 30 nəfərlik nümayəndə heyəti Türkiyənin Çanaqqala şəhərinə səfər edib.

Gundem.today xəbər verir ki, artıq üçüncü ildir təşkil olunan səfərin ilk günündə nümayəndə heyəti "57-ci Alay Şəhidliyi", "Çanaqqala Şəhidlər Abidəsi", "Troya Atı Muzeyi", "Dəniz Muzeyi" və "Seyit Onbaşı Abidəsi"ni ziyarət edib.

Şəhid ailələri bu tarixi məkanlarda həlak olanların xatirəsini ehtiramla yad edərək dualar oxuyub, həmçinin Çanaqqalada yerləşən və azərbaycanlı şəhidlərin xatirəsinə ucaldılmış memorial abidəni ziyarət ediblər.

Səfərin ikinci günü Çanaqqala şəhərinin valisi Ömer Toraman şəhid ailə üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb. O, Azərbaycandan olan şəhid ailələrini şəhərlərində görməkdən məmnunluq duyduğunu bildirib və səfərin iki qardaş xalq arasında mövcud dostluq və ortaq dəyərlərin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Nümayəndə heyəti şəhərdəki "Atatürk Abidəsi", "Zəfər Muzeyi", "Hisart Canlı Tarix Muzeyi" və "Nusret Mayın Gəmisi"ni ziyarət edib.

Səfər çərçivəsində Çanaqqalada yaşayan şəhid ailələri, Qazilər Dərnəyi, şəhid və qazi ailələrinin rifahının yaxşılaşdırılması istiqamətində fəaliyyət göstərən təşkilat rəhbərləri ilə görüş keçirilib. Görüş zamanı iki qardaş ölkənin şəhid ailələrini bir araya gətirən layihələrin davam etdirilməsi və gələcəkdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Səfərin növbəti mərhələsində nümayəndə heyəti İstanbul şəhərinə yollanıb. Şəhid ailələri burada Türkiyənin tarixi və mənəvi irsini əks etdirən mühüm məkanları ziyarət ediblər. Nümayəndə heyəti "Ayasofiya" məscidi, "Sultan Əhməd" məscidi və "Eyüp Sultan" məscidində olub, dualar edib və ortaq mənəvi dəyərləri ehtiramla yad ediblər. Daha sonra "Topqapı Sarayı" və "Qapalı Çarşı" ilə tanış olan şəhid ailələri İstanbulun zəngin tarixi-mədəni irsi barədə ətraflı məlumat əldə ediblər. Səfər çərçivəsində İstanbul şəhərində "Türkiye Harp Malulü Gaziler, Şehit Dul ve Yetimleri Derneği" nümayəndələri ilə görüş keçirilib. Görüş zamanı şəhid və qazi ailələrinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən fəaliyyətlər, iki qardaş ölkə arasında əməkdaşlıq imkanları və ortaq layihələrin gələcəkdə davam etdirilməsi məsələləri müzakirə olunub.

Qeyd edək ki, beşgünlük səfər çərçivəsində şəhid ailələri tarixi və mənəvi baxımdan xüsusi əhəmiyyət daşıyan məkanları ziyarət edib, Azərbaycanın və Türkiyənin ortaq tarixində iz qoymuş qəhrəmanların xatirəsini yad ediblər. Layihə iki qardaş xalq arasında mənəvi birliyin, qarşılıqlı dəstək və həmrəyliyin daha da gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#şəhid_ailələri#Çanaqqala_ziyarəti#İstanbul_səfəri#Zəfər_ictimai_birliyi#TİKA#AZAL#Azərbaycan_və_Türkiyə_qardaşlığı#şəhidlər_abidəsi#qazilər_dərnəyi#tarixi_məkanların_ziyarəti

Oxşar Xəbərlər

Şərur rayonunun bəzi əraziləri qazsız qalacaqCəmiyyət

Şərur rayonunun bəzi əraziləri qazsız qalacaq

Bu gün saat 11:00-dan etibarən Naxçıvan Muxtar Respublikası Şərur rayonu, İbadulla kəndinin, saat 15:00-dan etibarən isə Yengicə kəndinin işlər yekunlaşanadək qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu gün
11:080
WUF13 çərçivəsində Bakıda 370-dən çox tərəfdaş tədbiri keçiriləcək - FOTOCəmiyyət

WUF13 çərçivəsində Bakıda 370-dən çox tərəfdaş tədbiri keçiriləcək - FOTO

17-22 may 2026-cı il tarixlərində Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan tərəfdaş tədbirlərinin proqramı açıqlanıb. Proqram müxtəlif dünya ölkələrini təmsil edən maraqlı tərəflərin həm yaradıcılığı, həm də fəal iştirakı əks olunan 370-dən çox tədbiri əhatələyir.

Bu gün
10:590
Bakıda hərəkətin intensiv olduğu yol kəsişməsində işıqforda gözləmə vaxtı iki dəfə azaldılır - VİDEOCəmiyyət

Bakıda hərəkətin intensiv olduğu yol kəsişməsində işıqforda gözləmə vaxtı iki dəfə azaldılır - VİDEO

Bakıda Əbdüləzəl Dəmirçizadə küçəsi ilə Xətai prospektinin kəsişməsində hərəkətin təşkilində dəyişiklik ediləcək.

Bu gün
10:440
Ürəyindən əməliyyat olunan Akif İslamzadə ilə bağlı SON XƏBƏR - FOTOCəmiyyət

Ürəyindən əməliyyat olunan Akif İslamzadə ilə bağlı SON XƏBƏR - FOTO

"Xalq artisti Akif İslamzadənin vəziyyəti stabildir".

Bu gün
10:380