
Səhiyyə Nazirliyindən SAXTA DƏRMANLARA QARŞI yeni rəqəmsal mexanizm - FOTO
"Saxta dərmanların qarşısının alınmasında müasir dövrdə ən effektiv vasitələrdən biri rəqəmsal izləmə - yəni Track & Trace sistemidir".
"Saxta dərmanların qarşısının alınmasında müasir dövrdə ən effektiv vasitələrdən biri rəqəmsal izləmə - yəni Track & Trace sistemidir".
Gundem.today xəbər verir ki, bunu "Sağlam radio"nun (93 FM) "Sağlam səhər" efirində Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Dərman vasitələrinin Təqib və izləmə şöbəsinin müdiri Səid Fərzullayev deyib.
Onun sözlərinə görə bu sistem vasitəsilə hər bir dərman vasitəsi qutusuna unikal seriya nömrəsi verilir:
"Bu məlumat xüsusi data-matrix kodun daxilində yerləşdirilir və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Təqib və İzləmə İnformasiya Sistemində qeydiyyata alınır. Dərman vasitəsi ölkədə istehsal olunduqdan və ya idxal edildikdən sonra onun dövriyyəsi bütün mərhələlər üzrə sistem vasitəsilə izlənilir. Sistemdə tanınmayan və ya düzgün qeydiyyata alınmamış kodlarla markalanmış dərman vasitələri dərhal aşkarlanır və onların dövriyyəyə buraxılmasının qarşısı alınır".
Şöbə müdiri bildirib ki, dərman vasitəsi aptekdə satıldıqda və ya tibb müəssisəsində istifadə edildikdə həmin kod sistemdə deaktiv olunur:
"Əgər eyni kod ikinci dəfə istifadə edilərsə, sistem dərhal xəbərdarlıq verir. Bu mexanizm saxta və ya təkrar dövriyyəyə buraxılmış dərman vasitələrinin operativ şəkildə aşkarlanmasına imkan yaradır. Nəticədə sistem saxta dərman vasitələrinə qarşı güclü rəqəmsal sipər rolunu oynayır. Dərman vasitələrinin hər bir qutusunun izlənməsi və hər bir satışın qeydiyyata alınması onların təhlükəsiz təminatının əsasını təşkil edir".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətAzərbaycan Mərkəzi Bankının departament rəhbəri işdən çıxıb
Azərbaycan Mərkəzi Bankının (AMB) Satınalmalar departamentinin rəhbəri Ayaz Nağıyev vəzifəsini tərk edib.
CəmiyyətKollektorların üzərində tikilmiş evlərin aqibəti NECƏ OLACAQ? - VİDEO
Son günlər paytaxt ərazisində kollektor xətlərinin üzərində inşa edilmiş fərdi yaşayış evləri ilə bağlı ciddi problemlər üzə çıxıb. Xüsusilə Xətai rayonunda kollektorun çökməsi nəticəsində evlərdən birinin sökülməsi bu məsələni gündəmə gətirib.
CəmiyyətÜmumdünya Sağlamlıq Günü qeyd olunur
Hər il aprelin 7-də dünyada Ümumdünya Sağlamlıq Günü kimi qeyd olunur. Bu tarix təsadüfi seçilməyib. Məhz 1948-ci ilin bu günündə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yaradılıb və 1950-ci ildən etibarən bu gün qlobal səviyyədə qeyd olunmağa başlanıb.
CəmiyyətDövlət Vergi Xidmətində YENİ TƏYİNAT
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinin qeydiyyatı və uçota nəzarət baş idarəsinin rəisi vəzifəsinin müvəqqəti icrası Hüseyn Bağırova həvalə olunub.