Son dəqiqə
Yaponiyada təbii fəlakət tüğyan edir: Minlərlə sakin üçün təxliyə qərarı verildi - VİDEOAvropa-Asiya hava məkanında uçuşların koordinasiyası Budapeştdə müzakirə olunubAğcabədidə Kür çayında yarılan bənd tam bərpa edildiTrampla VİP görüş üçün tələb olunan məbləğ kəskin ucuzlaşdıSabah 18 dərəcə isti olacaq - 25.04.2026ABŞ İspaniyanı NATO-dan çıxarmaq istəyir - Madriddən REAKSİYA
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Kriminal
  3. Sələmçiliklə bağlı XƏBƏRDARLIQ - Ali Məhkəmə məlumat yaydı
Sələmçiliklə bağlı XƏBƏRDARLIQ - Ali Məhkəmə məlumat yaydı
Kriminal

Sələmçiliklə bağlı XƏBƏRDARLIQ - Ali Məhkəmə məlumat yaydı

Bu gün
11:04
0 baxış
Paylaş:

Faiz müqabilində borc verilməsi ilə bağlı münasibətlər ilk baxışdan sadə görünsə də, praktikada vətəndaşlar üçün ciddi hüquqi risklər yarada bilər. Buna görə də belə əməliyyatlara başlamazdan əvvəl bəzi vacib məqamları nəzərə almaq tövsiyə olunur.

Faiz müqabilində borc verilməsi ilə bağlı münasibətlər ilk baxışdan sadə görünsə də, praktikada vətəndaşlar üçün ciddi hüquqi risklər yarada bilər. Buna görə də belə əməliyyatlara başlamazdan əvvəl bəzi vacib məqamları nəzərə almaq tövsiyə olunur.

Gundem.today xəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən, qanunda və ya müqavilədə başqa qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə müəyyən edilmiş qaydada və məbləğdə faiz tələb edə bilər. Yəni faizlə borc vermək prinsip etibarilə qanunla qadağan olunmur və fiziki şəxslər arasındakı bu münasibətlərə məişət dilində, adətən, "sələmçilik" deyilir. Əsas risklər bu münasibətlərin necə rəsmiləşdirilməsindən qaynaqlanır:

"Praktikada fiziki şəxslər arasında borc münasibətləri çox vaxt qeyri-rəsmi şəkildə qurulur. Yazılı müqavilə tərtib olunmur və ya tərtib edilsə belə, əsas şərtlər - borcun məbləği, faiz dərəcəsi, qaytarılma müddəti və ödəniş qaydası dəqiq göstərilmir. Bu isə mübahisə yarandıqda sübutetməni çətinləşdirir.

Bundan əlavə, ödənişlərin nağd şəkildə və sənədsiz aparılması da ciddi problemlərə səbəb olur. Hər bir ödənişin qəbz, köçürmə sənədi və ya digər sübutlarla rəsmiləşdirilməsi tərəflərin hüquqlarının qorunması baxımından vacibdir.

Digər mühüm məqam isə fəaliyyətin xarakteri ilə bağlıdır. Əgər şəxs davamlı və sistemli şəkildə müxtəlif şəxslərə faizlə borc verirsə, bu fəaliyyət artıq sahibkarlıq fəaliyyəti kimi qiymətləndirilə bilər. Qanunvericiliyə əsasən, sahibkarlıq fəaliyyəti dövlət qeydiyyatından keçməklə gerçəkləşdirilməlidir. Əks halda, belə fəaliyyət qanunsuz sahibkarlıq kimi qiymətləndirilə və hüquqi məsuliyyət yarada bilər.

Məhkəmə təcrübəsindən görünür ki, borc verən şəxslərin davranışlarında qanunsuz sahibkarlıq fəaliyyəti və ya digər hüquq pozuntularının əlamətləri aşkar edildikdə məhkəmələr tərəfindən xüsusi qərardad qəbul edilərək, materiallar prosessual qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilir.

Bu riskləri minimuma endirmək üçün aşağıdakı tövsiyələrə əməl etmək məqsədəuyğundur:

- borc münasibətlərini mütləq yazılı müqavilə ilə rəsmiləşdirmək;

- müqavilədə bütün mühüm şərtləri (məbləğ, faiz, müddət, qaytarılma qaydası və s.) aydın şəkildə göstərmək;

- ödənişləri mümkün qədər bank vasitəsilə həyata keçirmək və ya digər formada sənədləşdirmək;

- bu fəaliyyət mütəmadi xarakter daşıyırsa, onun hüquqi statusunu (sahibkarlıq kimi) qanunvericiliyin tələblərinə uyğun düzgün müəyyən etmək;

Nəticə olaraq, faizlə borc vermək hüquqi baxımdan mümkündür, lakin bu münasibətlərin düzgün qurulmaması həm maliyyə itkilərinə, həm də hüquqi məsuliyyətə səbəb ola bilər. Buna görə də belə əməliyyatlarda ehtiyatlı davranmaq və mümkün hallarda hüquqşünas məsləhəti almaq tövsiyə olunur".

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Kriminal#faizlə_borc_vermək#sələmçilik#borc_müqaviləsi#mülki_məcəllə#hüquqi_risklər#qanunsuz_sahibkarlıq#fiziki_şəxslər_arasında_borc#pul_vermək_qaydaları#faiz_dərəcəsi#hüquqşünas_məsləhəti#borcun_qaytarılması#pul_köçürmələri

Oxşar Xəbərlər

Bakıda mağazadan 100 min manatlıq qızılın oğurlanma GÖRÜNTÜLƏRİKriminal

Bakıda mağazadan 100 min manatlıq qızılın oğurlanma GÖRÜNTÜLƏRİ

Nərimanov rayonunda yerləşən ticarət mərkəzlərindən birində fəaliyyət göstərən mağazadan 100 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Bu gün
11:480
Baş İdarədən ƏMƏLİYYAT: Tərkibi dəyişdirilmiş 49 kq marixuana müsadirə edildi - FOTO - VİDEOKriminal

Baş İdarədən ƏMƏLİYYAT: Tərkibi dəyişdirilmiş 49 kq marixuana müsadirə edildi - FOTO - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyatları zamanı 49 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.

Bu gün
11:360
Ötən gün dövlət xidmətinin rüşvətə görə saxlanılan vəzifəli şəxslərinin TAM SİYAHISIKriminal

Ötən gün dövlət xidmətinin rüşvətə görə saxlanılan vəzifəli şəxslərinin TAM SİYAHISI

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birlikdə həmin Xidmətin bəzi vəzifəli şəxslərinin qanunsuz əməllərinin qarşısının alınması və aşkar edilmiş belə hüquqpozmalara qarşı mübarizə istiqamətində kompleks, sistemli və ardıcıl tədbirlərin görülməsi davam etdirilir.

Bu gün
09:560
Ağstafada məktəbdə qanlı insident: Valideynlər nəyi gizlədirlər? - VİDEOKriminal

Ağstafada məktəbdə qanlı insident: Valideynlər nəyi gizlədirlər? - VİDEO

Ağstafa şəhəri Səadət Şükürova adına 3 nömrəli tam orta məktəbdə xoşagəlməz hadisə baş verib. Doqquzuncu sinifdə oxuyan iki şagird aralarında yaranan mübahisə zamanı səkkizinci sinif şagirdinə xəsarət yetirib. İddialara görə, xəsarət bıçaqla yetirilib.

Bu gün
00:180