
SEPAH atəşkəsin pozulduğunu və İranda İsrail dronunun vurulduğunu bəyan etdi
İranın Fars əyalətinin Lar şəhərinin səmasında "Hermes 900" pilotsuz uçuş aparatı məhv edilib.
İranın Fars əyalətinin Lar şəhərinin səmasında "Hermes 900" pilotsuz uçuş aparatı məhv edilib.
Gundem.today RBK-ya istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidməti məlumat yayıb.
Qurumun məlumatına görə, dron hava hücumundan müdafiə sistemi tərəfindən vurulub. SEPAH-dan bildirilib ki, döyüş əməliyyatları aparılmasa belə, ABŞ və ya İsrail təyyarələrinin İranın hava məkanında görünməsi atəşkəs rejiminin pozulması kimi qiymətləndirilir və cavab tədbirlərinə səbəb olacaq.
"Tasnim"in məlumatına görə, Pakistanın Baş naziri Şahbaz Şərif tərəfləri atəşkəs rejiminə əməl etməyə çağırıb və qeyd edib ki, atəşkəsin pozulması barədə xəbərlər sülh prosesinə xələl gətirir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaTramp: "ABŞ və İran Hörmüzdən keçidə görə birgə ödəniş ala bilərlər"
ABŞ Prezidenti Donald Tramp bütün gəmilərin Hörmüz boğazından keçidinə görə ödənişin alınması üçün ABŞ-İran birgə müəssisəsinin yaradılmasını mümkün hesab edib.
DünyaPit Heqset: "ABŞ az qüvvə ilə dünyanın ən böyük ordularından birini məğlub edib"
"İranın ABŞ Hərbi Dəniz Qüvvələrinin "Abraham Lincoln" aviadaşıyıcısına buraxdığı raketlər və pilotsuz uçuş aparatları (PUA) hədəflərinə çata bilməyib.
DünyaƏrdoğan və Tramp ABŞ-İran atəşkəsini müzakirə ediblər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla telefon danışığında İranla əldə olunmuş müvəqqəti atəşkəs razılaşmasını alqışlayıb.
DünyaKİV: İran gəmilərin Hörmüz boğazından keçidini dayandırdı
İran İsrailin Livana zərbələri səbəbindən gəmilərin Hörmüz boğazından keçidini müvəqqəti dayandırıb.