
SEPAH-da yeni təyinat
General Hüseyn Mohabbi mart ayında öldürülən general-mayor Əli Məhəmməd Naininin yerinə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü vəzifəsinə təyin edilib.
General Hüseyn Mohabbi mart ayında öldürülən general-mayor Əli Məhəmməd Naininin yerinə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü vəzifəsinə təyin edilib.
Gundem.today xəbər verir ki, bu barədə İranın "Fars" xəbər agentliyi məlumat yayıb.
Bildirilib ki, Mohabbinin təyin edilməsi ilə bağlı fərmanı İranın ali rəhbərinin SEPAH-dakı nümayəndəsi Abdulla Hacı Sadiqi imzalayıb.
Qeyd edək ki, İslam İnqilabı Keşikçiləri Korpusunun sözçüsü general Əli Məhəmməd Naini martın 20-də ABŞ və İsrailin İslam Respublikası ərazisinə hava hücumları nəticəsində həlak olub.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbələr endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Həmçinin Hörmüz boğazından gəmilərin keçidində də ciddi problemlər yaranıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaTramp hərbi cinayət ittihamlarından narahatdır? - Gözlənilməz açıqlama
ABŞ Prezidenti Donald Tramp İranın elektrik stansiyalarını və körpülərini vurmaq təhdidinin gerçəkləşəcəyi təqdirdə ehtimal olunan hərbi cinayət ittihamları ilə bağlı narahatlıq keçirmədiyini bəyan edib.
Dünyaİstanbulda İsrail konsulluğunun qarşısında atışma: Polis əməkdaşları yaralandılar - VİDEO
İstanbulda İsrail konsulluğunun binasının qarşısında atışma səsləri eşidilib.
DünyaPezeşkiandan diqqətçəkən paylaşım: "İran uğrunda həyatımı qurban verməyə hazıram"
İran Prezidenti Məsud Pezeşkian ölkəsi uğrunda həyatını qurban verməyə hazır olduğunu bəyan edib.
DünyaFransada sürət qatarı hərbi konvoy ilə toqquşub - FOTO
Fransanın Noe-le-Min şəhəri yaxınlığında yüksək sürət qatarı quru qoşunlarının hərbi konvoyu ilə toqquşub. Bölgədə qatarların hərəkəti dayandırılıb.