
Sərxan Hacıyev: "Əvəzedicilər Liqasının ləğvi gündəmdədir"
"Azərbaycanda Əvəzedicilər Liqasının ləğvi müzakirə mövzusudur".
"Azərbaycanda Əvəzedicilər Liqasının ləğvi müzakirə mövzusudur".
Gundem.today "Report"a istinadən xəbər verir ki, bu barədə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev jurnalistlərə açıqlamasında deyib.
O, U-20 millisindəki bəzi futbolçuların bu çempionatda çıxış etdiyini bildirib:
"Digərləri AFFA Gənclər Liqasında oynayırlar. Biz həm Peşəkar Futbol Liqası, həm də daxildə müzakirə apardıqdan sonra çempionatları dayandırdıq. Bunu etməyə məcbur idik. Çünki əks təqdirdə klublar yarışlarda istədikləri kimi çıxış etməyə bilərdilər. Əvəzedicilər Liqasının ləğvi gündəmdədir. Hazırda AFFA İcraiyyə Komitəsi bunu müzakirə edir. Hələlik qərar verilməyib. Əvəzedicilər Liqası ləğv olunmasa, format dəyişikliyi də ehtimal olunur. AFFA Gənclər Liqasında da format dəyişikliyi ola bilər. U-20 komandasının texniki heyəti artıq məşq cədvəlini bizə təqdim ediblər. U-20 dünya çempionatı bizim üçün prioritet məsələdir. AFFA olaraq digər liqaları təlim-məşq toplanışına uyğunlaşdırmağa çalışacağıq".
Xatırladaq ki, U-20 aprelin 26-dək Qəbələdə təlim-məşq toplanışında olacaq. Komanda 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək FIFA U-20 dünya çempionatında iştirak edəcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanJoze Mourinyo "Real Madrid"in baş məşqçisi olacaq? - Özü AÇIQLADI
"Benfika"nın baş məşqçisi Joze Mourinyo karyerasının perspektivi ilə bağlı suallara aydınlıq gətirib.
İdmanAvropa çempionatı: Beç güləşçimiz xalçaya çıxır
Bu gün Azərbaycanın daha beş sərbəst güləşçisi Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında mübarizəyə başlayacaq.
İdmanAvropa çempionatı: Beş güləşçimiz xalçaya çıxır
Bu gün Azərbaycanın daha beş sərbəst güləşçisi Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında mübarizəyə başlayacaq.
İdmanMisli Premyer Liqası: 29-cu tura start verilir
Bu gün futbol üzrə Misli Premyer Liqasında 29-cu tura start verilir.