
Sığorta şirkətlərinin "çıxarış" bəhanəsi - 800 mindən çox tikili risk altındadır
Son zamanlar Azərbaycanda müşahidə olunan intensiv yağışlar ciddi fəsadlara yol açaraq bir çox yaşayış massivlərində mövcud problemləri daha qabarıq şəkildə üzə çıxardı. Problemin ən ağrılı tərəfi isə zərərin kim tərəfindən qarşılanması məsələsidir. Hazırda Azərbaycanda daşınmaz əmlakın sığortalanması geniş yayılmayıb. Əksər vətəndaşlar evlərini sığorta etdirmir. Nəticədə, sel və ya subasma zamanı zərər birbaşa ailənin üzərinə düşür. Dövlət qurumları isə yalnız müəyyən hallarda və məhdud imkanla
Son zamanlar Azərbaycanda müşahidə olunan intensiv yağışlar ciddi fəsadlara yol açaraq bir çox yaşayış massivlərində mövcud problemləri daha qabarıq şəkildə üzə çıxardı. Problemin ən ağrılı tərəfi isə zərərin kim tərəfindən qarşılanması məsələsidir. Hazırda Azərbaycanda daşınmaz əmlakın sığortalanması geniş yayılmayıb. Əksər vətəndaşlar evlərini sığorta etdirmir. Nəticədə, sel və ya subasma zamanı zərər birbaşa ailənin üzərinə düşür. Dövlət qurumları isə yalnız müəyyən hallarda və məhdud imkanlar daxilində yardım göstərə bilirlər ki, bu da problemin köklü həlli üçün yetərli deyil.
Gundem.today mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
"Xüsusi komissiyanın yaradılmasına ehtiyac var"
Daşınmaz əmlak bazarı üzrə ekspert Nofəl Quliyev intensiv yağışların yaratdığı fəsadların xüsusilə fərdi yaşayış evlərində müşahidə edildiyini bildirir. Onun sözlərinə görə, həmin evlərin əksəriyyəti vaxtilə bataqlıq və ya sututar ərazilərdə torpaq doldurulmaqla inşa edilib. Ekspert qeyd edir ki, bu ərazilərdə ümumi kanalizasiya sistemi mövcud deyil, nəticədə güclü yağıntılar zamanı suyun təbii axını təmin olunmur və evlər birbaşa risk altında qalır. Bu baxımdan o hesab edir ki, yaranmış zərərlə bağlı dövlət tərəfindən müəyyən dəstək mexanizmləri tətbiq olunmalı, vətəndaşlara kompensasiya ödənilməlidir. Onun fikrincə, hətta sığortası olmayan evlər üzrə humanitar və sosial yanaşma əsasında yardım mexanizmləri işə salınmalıdır.
Ekspert vurğulayır ki, Azərbaycanda sığorta mədəniyyətinin zəif olması problemi daha da dərinləşdirir: "Vətəndaşlar adətən yalnız hadisə baş verdikdən sonra sığorta barədə düşünürlər ki, bu da preventiv risk idarəetməsini zəiflədir. Belə halların obyektiv və şəffaf şəkildə qiymətləndirilməsi üçün xüsusi komissiyanın yaradılmasına ehtiyac var. Bu komissiya dəymiş ziyanı yerində qiymətləndirməli və müvafiq qaydada vətəndaşlara kompensasiya ödənilməsini təmin etməlidir".
800 mindən çox tikili risk altındadır
N.Quliyev sənədsiz evlərin yaratdığı əlavə çətinliklərə diqqət çəkir. Onun fikrincə, uzun illərdir faktiki yaşayış olan, lakin hüquqi sənədləri olmayan evlər sığorta şirkətləri üçün yüksək risk kateqoriyasına düşür və bu səbəbdən sığortalanmada çətinliklər yaranır. Hazırda ölkədə 800 minə yaxın çıxarışsız mənzilin mövcudluğu bu problemin miqyasını daha aydın göstərir. Ekspert hesab edir ki, bu evlərin köçürülməsi deyil, mərhələli şəkildə sənədləşdirilməsi daha doğru yanaşmadır.
Sığorta mexanizmi niyə işləmir?
Sığorta məsələləri üzrə ekspert Ramil Kərimov deyir ki, daşınmaz əmlakın icbari sığortası sosial müdafiə baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, icbari sığortanın əsas məqsədi ondan ibarətdir ki, dövlət müəyyən sahələrdə yaranan riskləri nəzərə alaraq vətəndaşların əlavə sosial yük altına düşməsinin qarşısını almaq üçün preventiv mexanizm formalaşdırır. Bu yanaşma təkcə daşınmaz əmlak sahəsində deyil, həm də yol hərəkəti iştirakçıları, istehsalatda çalışan işçilər və digər risk qrupları üçün tətbiq olunur.
Ekspert vurğulayır ki, Azərbaycanda daşınmaz əmlakın icbari sığortası ilə bağlı hüquqi baza 1990-cı illərdən formalaşıb, daha sonra təkmilləşdirilərək 2011-ci ildən etibarən müasir mexanizm tətbiq olunmağa başlanıb: "İcbari sığortalar haqqında" qanuna əsasən ölkə üzrə tariflər regionlara görə fərqlənir. Bakı şəhərində illik sığorta haqqı 50 manat təşkil edir və bu məbləğ müqabilində 25 000 manatadək sığorta təminatı verilir. Sumqayıt, Gəncə və Naxçıvan Muxtar Respublikasında sığorta haqqı 40 manat, təminat isə 20 000 manatdır. Digər bölgələrdə isə sığorta haqqı 30 manat olmaqla 15 000 manat təminat nəzərdə tutulur. Yəni, cəmi 30-50 manat illik ödəniş etməklə vətəndaş ciddi maliyyə itkilərindən qoruna bilər".
R.Kərimovun fikrincə, icbari sığorta mexanizminin effektiv işləməməsinin əsas səbəblərindən biri yerli icra strukturlarının bu prosesi tam şəkildə icra etməməsidir: "Dövlət bu mexanizmin icrasını yerli icra hakimiyyətlərinin üzərinə qoyub və onların vasitəsilə əhatə dairəsinin genişləndirilməsini nəzərdə tutub. Qanunvericiliyə əsasən, sığortadan imtina edən və ya sığortalanmayan əmlaklar inzibati qaydada cərimələnə bilər. Hazırda nəzərdə tutulan cərimə məbləği 30 manatdır. Bu isə praktik baxımdan vətəndaş üçün sığortalanmaqla müqayisədə alternativ seçim yaradır və stimullaşdırıcı rol oynaya bilər. Lakin mexanizmin geniş tətbiq olunmaması nəticəsində bu sahədə boşluqlar qalır və problem sistemli xarakter alır".
Sistemli kompensasiya ödənişinə mane olan səbəb
Ekspert yerli icra hakimiyyətlərinin əsasnaməsində fövqəladə hallarda yardım göstərilməsi ilə bağlı müddəaların mövcud olduğunu, lakin bu müddəaların icra mexanizminin konkret şəkildə müəyyən edilmədiyini qeyd edir. Onun sözlərinə görə, yardımın həcmi, forması və tətbiq qaydaları aydın olmadığından, kütləvi hallarda sistemli kompensasiya alınması çətin olur. Bu səbəbdən belə hallar daha çox fərdi yanaşma ilə, konkret evlərin yararsız hala düşməsi kimi hallarda məhdud şəkildə qarşılanır.
R.Kərimov vurğula
Oxşar Xəbərlər
CəmiyyətAprel şəhidi Rasim Məmmədovun qardaşı: "Dedi ki, mən hərbçi olub atamın qisasını alacağam" - VİDEO
Naxçıvanda Aprel döyüşləri şəhidi mayor Rasim Məmmədovun anım tədbiri keçirilib. Rasim Məmmədov 2016-cı il aprelin 4-də Füzuli istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Aprelin 5-də isə doğulduğu qəsəbədə dəfn olunub.
CəmiyyətAvtobusların vəziyyəti niyə hələ də qənaətbəxş deyil? - VİDEO
Baku TV-nin "Xülasə" verilişinin yeni buraxılışı yayımlanıb.
CəmiyyətFHN: "İntensiv yağışların fəsadlarının aradan qaldırılması işləri davam etdirilir" - FOTO - VİDEO
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar yaranan fəsadların aradan qaldırılması işləri fasiləsiz olaraq davam etdirilir.
CəmiyyətBiləsuvarda sahibsiz heyvanlar sakinləri qorxuda saxlayır - VİDEO
Biləsuvar rayonunda sahibsiz itlərin yaratdığı təhlükə getdikcə daha ciddi xarakter alır. Rayon mərkəzi xəstəxanasının məlumatına görə, təkcə 15 gün ərzində it dişləməsi ilə bağlı ümumilikdə 26 nəfər tibb müəssisəsinə müraciət edib.