
Şimali Koreya liderinin qızının hərbi sahədə artan rolu: Yeni qadın varis
Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti (NİX) Şimali Koreya rəhbəri Kim Çen Inın öz qızı Kim Çu Enin ölkənin ali rəhbərliyinə varis olaraq hazırlama prosesini sürətləndirdiyi barədə məlumat yayıb.
Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti (NİX) Şimali Koreya rəhbəri Kim Çen Inın öz qızı Kim Çu Enin ölkənin ali rəhbərliyinə varis olaraq hazırlama prosesini sürətləndirdiyi barədə məlumat yayıb.
Gundem.today-ın bu barədə "Yonhap" agentliyinə istinadən verdiyi xəbərə görə, qapalı keçirilən brifinqdə səsləndirilən Milli Təhlükəsizlik Sisteminin bəyanatında qeyd olunub:
"Kim Çu E son vaxtlar daha çox müdafiə sahələri ilə bağlı tədbirlərdə görünür. Bu addımın qadın varisə qarşı etimadı yüksəltmək və hakimiyyət davamlılığı təəssüratını formalaşdırmaq məqsədi daşıdığı ehtimal edilir".
Xatırladaq ki, hələ fevral ayında Cənubi Koreya media orqanları Kim Çu Enin Şimali Koreyanın raket proqramı üzrə nəzarətçi vəzifəsinə gətirildiyini yazmışdı.
Son günlərdə isə Şimali Koreya rəhbərinin qızı atası ilə birlikdə bir sıra rəsmi iş səfərlərində iştirak edib. Ata-bala Koreya Xalq Ordusunun Paytaxt Müdafiə Korpusuna aid təlim poliqonunda keçirilən taktiki məşqlər zamanı onlar raket buraxılışlarını birgə izləyib, həmçinin tank idarə ediblər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ və İsrail qüvvələri İranın Cənubi Pars neft və qaz yatağına zərbələr endirdi
ABŞ və İsrail qüvvələri İrana növbəti zərbələr endiriblər.
DünyaNATO-nun gələcəyi təhlükədədir? - ABŞ-dən gələn mesaj Avropanı təşvişə saldı
ABŞ-nin dövlət katibi Marko Rubionun Şimali Atlantika Alyansının (NATO) fəaliyyətinə dair skeptik fikirləri Avropa dövlət başçılarında sözügedən təşkilatın aqibəti barədə ciddi narahatlıq yaradıb.
DünyaAntonio Kosta Məsud Pezeşkiana zəng etdi, qisası dayandırmağa çağırdı - FOTO
Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Antonio Kosta İran prezidenti Məsud Pezeşkiana zəng edərək Tehranı ABŞ və İsrailin hücumlarına qarşı qisas almağı dayandırmağa, Hörmüz boğazında gəmiçiliyi bərpa etməyə, danışıqlara başlamağa çağırıb.
DünyaABŞ ordusunun İrandakı hədəfləri vurmasının GÖRÜNTÜLƏRİ - VİDEO
ABŞ Mərkəzi Komandalığı İranda həyata keçirilən əməliyyatın yeni görüntülərini yayımlayıb.