Son dəqiqə
Dövlət qoruğu BUZA QARŞI DUZ alacaq - 250 tonluq tender"Çelsi"nin baş məşqçi postuna əsas namizəd açıqlanıbBarrak: "Türkiyənin "F-35" proqramına yenidən qoşulması NATO-nun qarşılıqlı əməkdaşlığını gücləndirər"ABŞ-də İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin rəhbərinə hədə-qorxu gələn şəxs saxlanılıbNazir aparat rəhbəri və müşavir təyin etdi - FOTOABŞ-nin İrana qarşı dəniz blokadası hansı nəticələri verib?
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Şirkət internet çəkdi, işçilərin maaşını vermədi: "Adıma 3200 manat vergi borcu yaranıb, ödəmirlər"
Şirkət internet çəkdi, işçilərin maaşını vermədi: "Adıma 3200 manat vergi borcu yaranıb, ödəmirlər"
Cəmiyyət

Şirkət internet çəkdi, işçilərin maaşını vermədi: "Adıma 3200 manat vergi borcu yaranıb, ödəmirlər"

Bu gün
12:44
0 baxış
Paylaş:

"Upsilon" şirkəti 2024-2025 ci illərdə Lerikdə internet xətti çəkilişlərinə başlayıb. Layihə çərçivəsində rayon üzrə 40-a yaxın şəxs işə cəlb olunub və onlarla əmək müqaviləsi imzalanıb.

"Upsilon" şirkəti 2024-2025 ci illərdə Lerikdə internet xətti çəkilişlərinə başlayıb. Layihə çərçivəsində rayon üzrə 40-a yaxın şəxs işə cəlb olunub və onlarla əmək müqaviləsi imzalanıb.

Baku TV-nin xəbərinə görə, işçilərin sözlərinə görə, işlərin başlamasından 1-2 ay sonra işəgötürən tərəf əməkhaqlarını ödəyə bilməyib.

"2024-cü ilin mayından iyulunadək müqavilə ilə işlədim. Aylıq 1 000 manata razılaşmışdıq, iki ay işlədim. 2 000 manat alacağım var. Mənim VÖEN-imdən istifadə etdilər, pullar mənim hesabıma köçürülürdü. İndi adıma 3200 manat vergi borcu yaranıb, amma ödəmirlər", - deyə şikayətçilərdən biri bildirib.

İşçilər həmçinin ağır şəraitdə çalışdıqlarını vurğulayıblar:

"Bizi dağlıq ərazilərə aparırdılar, yükləri çiynimizdə daşıyırdıq, amma pulumuzu ala bilməmişik".

Məsələ ilə bağlı şirkətdən bildirilib ki, "Upsilon" Lerikdə 3-4 subpodratçı sahibkarla müqavilə bağlayıb.

"Lerikdə işlər tam yekunlaşmayıb. Burada söhbət sənədləşmə və layihə işlərindən gedir. Çalışırıq ki, yaxın 2-3 ay ərzində sənədləşmə işləri bitsin. Bundan sonra subpodratçı sahibkarlara ödənişlər tam veriləcək", - deyə şirkətin açıqlamasında qeyd olunub.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Upsilon_şirkəti#Lerikdə_internet_çəkilişi#əməkhaqqı_problemi#maaşların_gecikməsi#işçilərin_şikayəti#vergi_borcu#subpodratçı_sahibkarlar#əmək_müqaviləsi

Oxşar Xəbərlər

Dövlət qoruğu BUZA QARŞI DUZ alacaq - 250 tonluq tenderCəmiyyət

Dövlət qoruğu BUZA QARŞI DUZ alacaq - 250 tonluq tender

"Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi" publik hüquqi şəxsi 250 ton texniki duz satın almağı planlaşdırır.

Bu gün
13:560
Nazir aparat rəhbəri və müşavir təyin etdi - FOTOCəmiyyət

Nazir aparat rəhbəri və müşavir təyin etdi - FOTO

Gənclər və İdman Nazirliyində yeni kadr təyinatları olub.

Bu gün
13:240
Binədə iki avtomobil TOQQUŞDU: Xəsarət alan var - FOTO - VİDEOCəmiyyət

Binədə iki avtomobil TOQQUŞDU: Xəsarət alan var - FOTO - VİDEO

Bakının Xəzər rayonunun Binə qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Bu gün
13:120
Sabah 19 dərəcə isti olacaq - 24.04.2026Cəmiyyət

Sabah 19 dərəcə isti olacaq - 24.04.2026

Azərbaycanda aprelin 24-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

Bu gün
13:060