
Şirvanda "Salyan dairəsi" sürücülərin KABUSUNA ÇEVRİLİB - FOTO
Şirvan şəhərində "Salyan dairəsi" kimi tanınan ərazi sürücülər üçün təhlükə mənbəyinə çevrilib.
Şirvan şəhərində "Salyan dairəsi" kimi tanınan ərazi sürücülər üçün təhlükə mənbəyinə çevrilib.
Bu barədə Gundem.today -a müraciət daxil olub.
Bildirilib ki, asfalt örtüyünün sıradan çıxması, yolun yararsız vəziyyətdə olması ərazidə tez-tez yol-nəqliyyat hadisələrinin baş verməsinə, həmçinin nəqliyyat vasitələrinə maddi ziyan dəyməsinə səbəb olur.
"Neçə vaxtdır yol bu vəziyyətdədir, amma gəlib tədbir görən yoxdur", - deyə şikayətdə qeyd edilib.
Şirvan Şəhər İcra Hakimiyyətindən Gundem.today-ın sorğusuna cavab olaraq fakt təsdiqlənib.
"2025-ci il ərzində Şirvan şəhərinin N.Nərimanov, F.Eynullayev, T.Ələkbərov, 20 Yanvar, M.İbrahimov o cümlədən 26 küçəsində 48 729.4 kv.m əraziyə asfalt çəkilib. Bu il ərzində asfaltlanma işləri başlananda qeyd olunan M.Mirzəyev küçəsinə də ("Salyan dairəsi") asfalt örtüyü vurulacaq.
Son 5 il ərzində ümumilikdə şəhərin 142 küçəsinə 257 506 kv.m asfalt-beton örtüyü vurulub", - deyə məlumatda bildirilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətAzərbaycanda gömrük orqanlarının vəzifələri artırılır
Gömrük orqanlarının vəzifələri artırılır.
CəmiyyətAzərbaycanda malların gömrük dəyəri manatla bəyan ediləcək
Azərbaycanda malların gömrük dəyərin milli valyuta ilə bəyan ediləcək.
CəmiyyətAzərbaycanda malların gömrük dəyəri manatla BƏYAN EDİLƏCƏK
Azərbaycanda malların gömrük dəyərin milli valyuta ilə bəyan ediləcək.
CəmiyyətQusarda bir qəsəbə və 25 kəndin qazı kəsiləcək
Sabah saat 10:00-dan etibarən Qusar rayonunun bir hissəsinin qaz təchizatı dayandırılacaq.