
Şirvanda yaşayış evində partlayış: Xəsarət alan var - VİDEO
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Şirvan şəhəri, Elşad Əzimov küçəsində fərdi yaşayış evində yanğınla müşayiət olunmayan partlayış baş verməsi barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Şirvan şəhəri, Elşad Əzimov küçəsində fərdi yaşayış evində yanğınla müşayiət olunmayan partlayış baş verməsi barədə məlumat daxil olub.
Bu barədə Gundem.today-a FHN-dən məlumat verilib.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı vətəndaşa məxsus ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli dördotaqlı mənzildə, ilkin ehtimala görə, qaz sızması nəticəsində partlayışın baş verdiyi müəyyən edilib.
Hadisə nəticəsində ev yararsız vəziyyətə düşüb və 1 nəfər xəsarət alıb.
FHN-in qüvvələri tərəfindən zəruri təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətLeysanda yoxa çıxan nömrələrin dublikatı niyə verilmir? - VİDEO
Paytaxtda müşahidə olunan güclü yağışlardan sonra küçə və prospektlərdə bir çox avtomobilin dövlət qeydiyyat nişanları suda itib. Son günlər sosial şəbəkələrdə itmiş nömrələrin axtarışı ilə bağlı paylaşımların artması problemin miqyasını açıq şəkildə göstərir.
CəmiyyətŞəmkirdə yaşayış evində 18 yaşlı gəncin meyiti tapıldı
Şəmkir rayonunda yaşayış evində meyit aşkarlanıb.
Cəmiyyət"İşıqforun tələbinə əməl etdim, 100 manat cərimə gəldi" - İDDİA - VİDEO
Baku TV-nin "Qaynar xətt"inə müraciət edən vətəndaş Nərimanov rayonu, Təbriz və Əhməd Rəcəbli küçələrinin kəsişməsindəki yol nişanlanmasında uyğunsuzluq olduğunu iddia edir.
CəmiyyətYaxın Şərqdəki gərginlik avtomobil idxalını vurur: Bahalaşma qaçılmazdır? - VİDEO
Baku TV-nin "Xülasə" verilişinin yeni buraxılışı yayımlanıb.