
Siyəzəndə kərkəslər tullantı poliqonuna niyə TOPLANDILAR? - RƏSMİ AÇIQLAMA - VİDEO
Siyəzən rayonu ərazisində yerləşən tullantı poliqonu ətrafda hərəkət edən şəxslərin diqqətini cəlb edib.
Siyəzən rayonu ərazisində yerləşən tullantı poliqonu ətrafda hərəkət edən şəxslərin diqqətini cəlb edib.
Gundem.today xəbər verir ki, bununla bağlı videogörüntü yayımlanıb.
Görüntülərdə tullantıların toplandığı ərazidə çox sayda kərkəs quşunun cəmləşdiyi əks olunub. Bildirilir ki, bu hal həm ətraf mühitin vəziyyəti, həm də sanitariya baxımından narahatlıq doğurur.
Gundem.today-ın sorğusuna cavab olaraq Siyəzən Rayon İcra Hakimiyyətindən bildirilib ki, həmin ərazidə yaşayış evləri və digər tikililər mövcud deyil.
"Zibil poliqonu mütəmadi olaraq xüsusi texnikalar cəlb edilməklə təmizlənir, tullantıların ətrafa yayılmasının qarşısı alınır və ərazi nəzarətdə saxlanılır. Kərkəs quşları əsasən tullantılar və qida qalıqları ilə qidalanan quşlardır. Bir quş hər hansı ərazidə qida mənbəyi aşkar etdikdə, digər quşlar da həmin yerə toplaşır. Ola bilər ki, həmin ərazidən sürü halında keçərkən dağətəyi və açıq ərazi olduğu üçün ora toplaşıblar. Qeyd edək ki, sözügedən poliqon şəhər mərkəzindən xeyli uzaqda yerləşir. Hazırda ərazidə həmin hal mövcud deyil", - deyə məlumatda vurğulanıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətRamin Qurban nazirlikdə yüksək vəzifəyə gətirildi
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub.
CəmiyyətVüqar Hüseynov vəzifəsindən azad edildi
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsindən azad edilib.
CəmiyyətSəxavət Məmmədzadəyə yüksək VƏZİFƏ VERİLDİ
Naxçıvan Muxtar Respublika Xəstəxanasına yeni direktor təyin olunub.
CəmiyyətƏməkdar artist müəllimlərin qəsdən imtahandan kəsildiyinə dair iddialara cavab verdi - FOTO
"Attestasiya prosesində ixtisas proqramında hansı sinifdə nələr tədris olunduğunu bilməyən müəllimlər var idi".