Son dəqiqə
Heyvan bazarları ilə bağlı YENİ MƏHDUDİYYƏTLƏR - FOTOBöyük Britaniyada fövqəladə iclas keçiriləcəkMəzahir Pənahov yenidən MSK-nın SƏDRİ SEÇİLDİ - FOTO"Neftçi"də şok qərar: Abubakar gedir?Mərkəzi Seçki Komissiyasının yeni tərkibdə ilk iclası keçirilirMalidə matəm elan edildi
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Mədəniyyət
  3. Stalinin Azərbaycanda həbsdə yatdığı qala təmirə bağlanır
Stalinin Azərbaycanda həbsdə yatdığı qala təmirə bağlanır
Mədəniyyət

Stalinin Azərbaycanda həbsdə yatdığı qala təmirə bağlanır

Bu gün
14:48
0 baxış
Paylaş:

Lənkəran şəhərində yerləşən yerli əhəmiyyətli memarlıq abidəsi olan Dairəvi qalada (Zindan) bərpa işlərinə başlanılıb. Mədəniyyət Nazirliyinin sifarişi ilə aparılan bərpa işləri Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nəzarəti altında həyata keçiriləcək.

Lənkəran şəhərində yerləşən yerli əhəmiyyətli memarlıq abidəsi olan Dairəvi qalada (Zindan) bərpa işlərinə başlanılıb. Mədəniyyət Nazirliyinin sifarişi ilə aparılan bərpa işləri Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nəzarəti altında həyata keçiriləcək.

Gundem.today xəbər verir ki, bu barədə dövlət xidməti məlumat yayıb.

Bildirilib ki, bərpa işlərinin aparılmasında məqsəd abidənin tarixi görkəminin qorunması, konstruktiv dayanıqlılığının təmin edilməsi və ziyarətçilərin rahatlığı üçün müvafiq infrastrukturun yaradılmasıdır. Layihə çərçivəsində qalanın dam örtüyü bərpa olunacaq, təbii təsirlər nəticəsində yararsız hala düşmüş daşlar orijinalına uyğun materiallarla əvəz ediləcək, hörgülərarası birləşmələr xüsusi məhlulla doldurulacaq. Eyni zamanda, tikilinin aşınma və nəmə qarşı davamlılığını artırmaq məqsədilə qoruyucu məhlullar tətbiq olunacaq, ərazidə abadlıq və infrastruktur işləri görüləcək.

Bərpa işləri yekunlaşdıqdan sonra qala yenidən ziyarətçilərin istifadəsinə veriləcək.

Qeyd edək ki, bir neçə il öncə Dairəvi qalanın dam örtüyünün çökməsi nəticəsində abidə qəzalı vəziyyətə düşüb. Sonrakı dövrdə bərpa ilə bağlı layihə-smeta sənədləri hazırlanıb, müvafiq dövlət qurumları ilə razılaşdırılıb və müsbət ekspert rəyi alınıb.

Məlumat üçün bildirək ki, cənub dayaq məntəqəsi olan Dairəvi qalanın (hündürlüyü 20 metr, diametri 72 metr) statusu isə zaman-zaman dəyişib. Qala 1869-cu ildən 1959-cu ilə qədər həbsxana kimi istifadə olunub. Məhz buna görə də qalaya "Zindan qala" deyilir. Tarixi qalada hətta 1903-1904-cü illərdə poçt qatarını qarət etdiyinə görə həbs olunan İosif Stalin də dustaq kimi saxlanılıb. Lakin sonradan yoldaşlarının köməyi ilə həbsdən qaça bilib. Həbsxana 140 nəfər üçün nəzərdə tutulsa da, qalada 310 nəfərə qədər məhbus saxlanılıb. Dustaqlar buraya Dairəvi qala ilə Mayak arasında olan gizli yeraltı yol ilə gətirilirmişlər. Bu yeraltı yolda iki nəfər sərbəst hərəkət edə bilirmiş. Sonradan həmin yol yeraltı sularla dolduğuna görə hazırda istifadəsi mümkün deyil. 1970-1990-cı illərdə qalada tikiş sexi fəaliyyət göstərib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Lənkəran#Dairəvi_qala#Zindan_qalası#bərpa_işləri#memarlıq_abidəsi#Mədəniyyət_Nazirliyi#tarixi_abidələr#mədəni_irs#abadlıq#turizm.

Oxşar Xəbərlər

Balet sənəti: Zəriflik və yüksək nizam-intizamın vəhdəti - FOTOREPORTAJMədəniyyət

Balet sənəti: Zəriflik və yüksək nizam-intizamın vəhdəti - FOTOREPORTAJ

Balet zərifliyin, intizamın və yüksək sənət duyumunun bir araya gəldiyi nadir səhnə sənətlərindən biridir. Bu sənətdə hər addım, hər hərəkət və hər baxış xüsusi məna daşıyır.

Bu gün
13:280
Azərbaycanda Əməkdar artist vəfat edibMədəniyyət

Azərbaycanda Əməkdar artist vəfat edib

Azərbaycan Respublikasının əməkdar artisti, Naxçıvan Dövlət Milli Dram Teatrının aktyoru Əli Şəmsəddin oğlu Əliyev vəfat edib.

Bu gün
18:480
Azərbaycanlı vokalçı Rusiyada məşhur yarışın qalibi oldu - FOTO - VİDEOMədəniyyət

Azərbaycanlı vokalçı Rusiyada məşhur yarışın qalibi oldu - FOTO - VİDEO

Rusiyanın "Səs" ("Qolos") vokal layihəsinin 14-cü mövsümü başa çatıb və azərbaycanlı vokal müğənnisi Elmira Qaraxanova finalda qalib gəlib.

Dünən
17:210
Xalq artisti Həmidə Ömərovanın doğum günüdür - VİDEOMədəniyyət

Xalq artisti Həmidə Ömərovanın doğum günüdür - VİDEO

Bu gün Xalq artisti, professor Həmidə Ömərovanın doğum günüdür.

Dünən
13:240