
"Subway" Azərbaycan bazarına daxil olur
Beynəlxalq restoran şəbəkəsi olan "Subway" Azərbaycan bazarına daxil olduğunu elan edib.
Beynəlxalq restoran şəbəkəsi olan "Subway" Azərbaycan bazarına daxil olduğunu elan edib.
Şirkətin rəsmi saytında dərc olunan məlumata görə, müvafiq master-françayzinq müqaviləsi "N Sky Build MMC" şirkəti ilə imzalanıb.
Müqavilənin şərtlərinə əsasən, "N Sky Build" ölkə ərazisində "Subway" şəbəkəsinin inkişafı və idarə edilməsi üzrə eksklüziv hüquqlar əldə edib.
Azərbaycan brendin Avropa, Yaxın Şərq və Afrika (EMEA) regionunda yeni təmsil olunduğu ölkəyə çevrilir.
"N Sky Build"in sədri Nuri Qaragöz KİV-ə açıqlamasında müqavilənin imzalanmasını uzunmüddətli layihə adlandırıb.
"Subway"in Azərbaycan bazarına daxil olması şirkətimiz üçün mühüm mərhələdir. Söhbət yeni iş yerlərinin yaradılmasından, müasir idarəetmə standartlarının tətbiqindən və ölkədə ictimai iaşə seqmentinin inkişafından gedir. Biz bu layihəni iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına töhfə kimi dəyərləndiririk və şəbəkənin mərhələli genişləndirilməsini planlaşdırırıq", - Nuri Qaragöz bildirib.
Xatırladaq ki, "Subway" dünya üzrə 37 000-dən çox nöqtədə təmsil olunan, sendviçlərin hazırlanması üzrə ixtisaslaşmış ən böyük beynəlxalq restoran şəbəkələrindən biridir. Son illərdə şirkət EMEA (Avropa, Yaxın Şərq və Afrika) regionunun ölkələrində master-françayzinq müqavilələrinin bağlanmasını fəal şəkildə davam etdirir.
"Subway"in Azərbaycan bazarına çıxışı sürətli xidmət seqmentində rəqabəti gücləndirir və beynəlxalq brendlərin ölkəyə artan marağından xəbər verir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Digər"Modenis" MMC (eManat) "MPAY" MMC-yə qoşulur
Ölkənin aparıcı ödəniş təşkilatlarından biri olan "Modenis" MMC-nin fəaliyyətində mühüm dəyişiklik həyata keçirilir. Belə ki, fintex sektorunda xidmət keyfiyyətini artırmaq və yeni innovativ həllər təqdim etmək məqsədilə "Modenis" MMC (eManat) "MPAY" MMC-yə qoşulur. Şirkətin bütün hüquq və öhdəlikləri "MPAY" MMC-yə ötürülür.
DigərAzərbaycanda kişilərdə 40 yaşdan sonra görmə niyə zəifləyir? - Oftalmoloqdan AÇIQLAMA
Son illərdə Azərbaycanda 40 yaşdan yuxarı kişilər arasında görmə zəifliyi ilə bağlı müraciətlərin sayının artdığı müşahidə olunur.
Digər"Kapital Bank"ın İdarə Heyətinin sədri beşinci "Yüksəliş" müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
"Kapital Bank"ın İdarə Heyətinin sədri Fərid Hüseynov sayca beşinci "Yüksəliş" müsabiqəsinin Mentorluq Proqramı çərçivəsində qaliblərlə ilk görüşünü keçirib. Proqram çərçivəsində bu il Fərid Hüseynov müsabiqənin iki qalibinin - Fərid Mustafayev və Elnur Mirzəzadənin mentoru qismində çıxış edərək onların fərdi inkişaf planına dəstək verəcək.
DigərAzərbaycan Kibertəhlükəsizlik Mərkəzinin yeni tədris dalğasına qeydiyyat başladı
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin "Technion" Texnologiya İnstitutu ilə birgə təsis etdiyi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi təlimlərin yeni dalğası üçün qeydiyyata start verib.