
"Sülh körpüsü" təşəbbüsü: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri nümayəndələrinin iştirakı ilə dəyirmi masa işə başlayıb - FOTO
"Sülh körpüsü" təşəbbüsü çərçivəsində Azərbaycanın və Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə dəyirmi masa işə başlayıb.
"Sülh körpüsü" təşəbbüsü çərçivəsində Azərbaycanın və Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə dəyirmi masa işə başlayıb.
Gundem.today AZƏRTAC-a istinadla xəbər verir ki, dəyirmi masada iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoq və birbaşa əlaqələrin təşviqi müzakirə olunur.
Qeyd edək ki, bu gün erməni nümayəndə heyəti Azərbaycana quru sərhədi vasitəsilə, delimitasiya və demarkasiya edilmiş sahədən daxil olub, bütün müvafiq sərhəd və pasport nəzarəti prosedurlarından keçib.
Vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoq 2025-ci il avqustun 8-də Vaşinqton şəhərində Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə keçirilmiş üçtərəfli sammitdə təsdiqlənmiş ikitərəfli sülh gündəliyi çərçivəsində aparılır.
Görüşün gündəliyinə sülh prosesinin hazırkı vəziyyəti, "Sülh körpüsü" təşəbbüsü iştirakçılarının öz ölkələrində həyata keçirdikləri fəaliyyətlər və əldə olunan nəticələr, həmçinin regiondakı vəziyyətin müzakirəsi daxildir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Siyasətİnqa Ruqiniene Heydər Əliyev Mərkəzində olub - FOTO
Litva Respublikasının Baş naziri İnqa Ruqiniene aprelin 10-da Heydər Əliyev Mərkəzində olub.
SiyasətNaxçıvanda ombudsman haqqında qanun ləğv edildi - SƏBƏB AÇIQLANDI
Naxçıvanda Ombudsman haqqında qanun ləğv edilib.
SiyasətElşən Heydərli vəzifəsindən azad edildi - FOTO
Naxçıvan Mərkəzi Seçki Komissiyasının tərkibində dəyişiklik olunub.
SiyasətNaxçıvan hökumətinin 2025-ci il üzrə illik hesabatı qəbul edilib
Bu gün Naxçıvan Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sədrliyi ilə yeddinci çağırış Ali Məclisin yaz sessiyasının növbəti iclası keçirilib.