
Tamaş Torma: "Qarabağdakı dəyişikliklər hər səfərdə nəzərə çarpır"
"Qarabağdakı dəyişikliklər və inkişaf regiona hər səfər zamanı nəzərə çarpır".
"Qarabağdakı dəyişikliklər və inkişaf regiona hər səfər zamanı nəzərə çarpır".
Gundem.today xəbər verir ki, bu barədə "Report"a Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma bildirib.
"Bu, mənim Qarabağa ilk səfərim deyil. Mən hətta səfərlərin sayını dəqiq deyə bilmirəm - artıq 10-15-dir. Onların hamısı son dərəcə yaxşı təşkil olunmuşdu. Hər dəfə bura gələndə mən fərqi görürəm. Aktiv bərpa işlərini və regionun inkişafını görürəm", - səfir bildirib.
O, həmçinin Azərbaycanın azad edilmiş ərazilərinin bərpası üzrə aparılan işlərə yüksək qiymət verib:
"Mən bu fürsətdən istifadə edərək öz səmimi təbriklərimi və bu inkişafa verdiyim yüksək qiyməti ifadə etmək istərdim", - səfir qeyd edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaAvropa Parlamentinin qərəzli qətnaməsi, sülh prosesinə maneə yaratmaq məqsədi - FOTO
"Avropa Parlamenti adlanan, demokratik dəyərlərin iflasa uğradığı, korrupsiya və rüşvətxorluğun dərin kök saldığı, lobbi qruplarına və müxtəlif maraq dairələrinə xidmət edən, bir qrup məsuliyyətini anlamayanlardan ibarət "parlamentari"nin mövcud olduğu bir "qurum"un ölkəmizə qarşı qəbul etdiyi növbəti qərəzli qətnamə hər birimizdə ikrah doğurur. Bu əsassız, ittiham və qərəzlə dolu qətnamə sadəcə əhəmiyyətsiz bir kağız parçasıdır".
DünyaRəsmi Pekindən sərt açıqlama: ABŞ-ni qisasla hədələdi
Əgər ABŞ telekommunikasiya sahəsində əlavə qadağalar tətbiq edərsə, Pekin yerli şirkətlərin müdafiəsi istiqamətində bütün zəruri addımları atacaq.
DünyaAvstraliyada 5 yaşlı qızın qətli kütləvi iğtişaşlara səbəb oldu - VİDEO
Avstraliyada aborigen icmasından olan 5 yaşlı qızın qətlində şübhəli bilinən şəxsin saxlanılmasının ardınca ucqar qəsəbədə yüzlərlə etirazçı ilə hüquq mühafizə orqanı əməkdaşları arasında toqquşma baş verib.
DünyaMadyar yeznəsini Macarıstanın ədliyyə naziri təyin etmək istəyir
Macarıstanda yeni hökuməti formalaşdırmağa hazırlaşan "Tisa" Partiyasının sədri Peter Madyar ədliyyə naziri postuna öz yeznəsi Marton Melletey-Barnanı namizəd kimi göstərib.