
Təbiətdə gözlənilməz kəşf: Quşlar qadın və kişini bir-birindən ayırır
Şəhər quşları qadınların yaxınlaşdığını gördükdə, kişilərlə müqayisədə daha tez təhlükəsiz məsafəyə çəkilməyə qərar verirlər.
Şəhər quşları qadınların yaxınlaşdığını gördükdə, kişilərlə müqayisədə daha tez təhlükəsiz məsafəyə çəkilməyə qərar verirlər.
Gundem.today xəbər verir ki, beynəlxalq bioloqlar qrupu belə bir qənaətə gəlib və tədqiqatın nəticələri "People and Nature" jurnalında dərc olunub.
Alimlər tədqiqat zamanı "qorxu məsafəsi" amilini araşdırıblar. Bu, quşun insan yaxınlaşdıqda geri çəkilmək üçün kifayət hesab etdiyi kritik məsafədir. Təcrübə beş Avropa ölkəsində - Çexiya, Fransa, Almaniya, Polşa və İspaniyada aparılıb. Tədqiqatda oxşar boyda və eyni tərzdə geyinmiş kişi və qadınlar iştirak ediblər. Onlardan şəhər parklarında quşlara doğru düz xətt üzrə yavaş-yavaş hərəkət etmək istənilib.
Təhlillər göstərib ki, bütün hallarda quşlar qadınların yaxınlaşmasına daha kəskin reaksiya veriblər. Orta hesabla quşlar, uçmazdan əvvəl kişilərin onlara qadınlara nisbətən təxminən bir metr daha çox yaxınlaşmasına icazə veriblər. Bu davranış tədqiq olunan bütün 37 quş növündə eynilə müşahidə edilib. Ümumilikdə 2 701 ölçmə aparılıb.
Bu davranışın dəqiq səbəbləri hələlik naməlumdur. Tədqiqatçıların ehtimalına görə, quşların ayırd edə bildiyi qoxular, hərəkət tərzi və ya digər davranış siqnalları burada rol oynaya bilər. Lakin bu fərziyyələr əlavə yoxlamalar tələb edir. Müəlliflər vurğulayırlar ki, əldə edilən məlumatlar şəhər mühitində vəhşi təbiətlə insanlar arasındakı qarşılıqlı təsiri anlamaq üçün vacibdir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİtaliyada meşə yanğınları: Minlərlə insan təxliyə edildi - VİDEO
İtaliyanın Toskana bölgəsində, Piza ilə Lukka şəhərləri arasında tüğyan edən meşə yanğınları səbəbindən 3 500-dən çox insan təxliyə olunub.
DünyaNiderland meşə yanğınları ilə bacarmır - İlk dəfə Avropa ölkələrindən yardım istədi
Niderlandda bir neçə hərbi poliqonda baş verən meşə yağınlarının qarşısını almaq məqsədilə Avropa ölkələrinə müraciət edərək yardım istəyib.
DünyaAvropa Parlamentinin qərəzli qətnaməsi, sülh prosesinə maneə yaratmaq məqsədi - FOTO
"Avropa Parlamenti adlanan, demokratik dəyərlərin iflasa uğradığı, korrupsiya və rüşvətxorluğun dərin kök saldığı, lobbi qruplarına və müxtəlif maraq dairələrinə xidmət edən, bir qrup məsuliyyətini anlamayanlardan ibarət "parlamentari"nin mövcud olduğu bir "qurum"un ölkəmizə qarşı qəbul etdiyi növbəti qərəzli qətnamə hər birimizdə ikrah doğurur. Bu əsassız, ittiham və qərəzlə dolu qətnamə sadəcə əhəmiyyətsiz bir kağız parçasıdır".
DünyaRəsmi Pekindən sərt açıqlama: ABŞ-ni qisasla hədələdi
Əgər ABŞ telekommunikasiya sahəsində əlavə qadağalar tətbiq edərsə, Pekin yerli şirkətlərin müdafiəsi istiqamətində bütün zəruri addımları atacaq.