Son dəqiqə
İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edibAtəşkəs dövründə İranda anti-Azərbaycan təbliğatı - VİDEODiplomatik korpusun nümayəndələri Qarabağ Universitetinin nəzdindəki sərgi mərkəzini ziyarət ediblərDiplomatik korpusun nümayəndələri Qarabağ Universitetinin nəzdindəki sərgi mərkəzini ziyarət ediblər - FOTO - VİDEOOkamponun GİZLİ FONDU: Azərbaycana qarşı qarayaxmalarda Karapetyan və Vardanyan izi - VİDEOAvropa Parlamentinin qərəzli qətnaməsi, sülh prosesinə maneə yaratmaq məqsədi - FOTO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Tehran Avropa ölkələrinin Hörmüzlə bağlı bütün təşəbbüslərini rədd edir - Səfirdən açıqlama
Tehran Avropa ölkələrinin Hörmüzlə bağlı bütün təşəbbüslərini rədd edir - Səfirdən açıqlama
Dünya

Tehran Avropa ölkələrinin Hörmüzlə bağlı bütün təşəbbüslərini rədd edir - Səfirdən açıqlama

Bu gün
14:56
0 baxış
Paylaş:

"İranın mövqeyinə əsasən, Hörmüz boğazına hər hansı kənar müdaxilə yaxud xarici qüvvələrin yerləşdirilməsi qəbulolunmaz xarakter daşıyır. Buraya Fransa və Böyük Britaniyanın, habelə Avropa koalisiyasının irəli sürdüyü son təşəbbüslər və layihələr də aiddir. Tehran bu cür addımları qətiyyətlə rədd edərək qınayır və onları məqbul saymır".

"İranın mövqeyinə əsasən, Hörmüz boğazına hər hansı kənar müdaxilə yaxud xarici qüvvələrin yerləşdirilməsi qəbulolunmaz xarakter daşıyır. Buraya Fransa və Böyük Britaniyanın, habelə Avropa koalisiyasının irəli sürdüyü son təşəbbüslər və layihələr də aiddir. Tehran bu cür addımları qətiyyətlə rədd edərək qınayır və onları məqbul saymır".

Gundem.today xəbər verir ki, bu fikirləri İranın İtaliyadakı səfiri Məhəmməd Rza Saburi TASS agentliyinə verdiyi müsahibədə diqqətə çatdırıb.

Diplomat, həmçinin Avropa dövlətlərinə müraciət edərək, yaranmış böhranın əsas səbəblərinə diqqət yetirməyə, yəni ABŞ və İsrailin Fars körfəzində və Hörmüz boğazında əsas sahil dövləti olan İrana yönəlmiş hərəkətlərini durdurmağa səsləyib:

"Dəniz gəmiçiliyi üçün mövcud maneələrin aradan qaldırılmasının tək çıxış yolu sahil ölkəsi olan İranın ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşmaq, o cümlədən ABŞ və İsrailə qarşı siyasi təzyiq tətbiq etməkdir ki, onlar növbəti təcavüzlərdən imtina etsinlər və atəşkəs rejiminə tabe olsunlar".

Məhəmməd Rza Saburi bildirib ki, bölgə ilə bağlı hər hansı təşəbbüs sahil dövləti olaraq mütləq İranla razılaşdırılmalı və koordinasiya olunmalıdır. O, eyni zamanda, diqqətə çatdırıb ki, Avropa dövlətləri ABŞ və İsrailin hücumları nəticəsində BMT Nizamnaməsinin və beynəlxalq hüquq normalarının kobud şəkildə tapdalanmasına göz yumurlar.

"Bu hal beynəlxalq hüquq normalarına qarşı ikili standartların tətbiqini açıq şəkildə göstərir", - deyə diplomat qeyd edib.

Səfir, həmçinin İspaniya və İtaliyanın Tehran tərəfindən diqqətdən kənarda qalmayan müsbət mövqeyinə də toxunub.

"İspaniya və İtaliya digər Avropa dövlətləri ilə müqayisədə fərqli addım ataraq, İrana yönəlmiş hücumları beynəlxalq hüquqa zidd adlandırıb və önəmli bir mövqe nümayiş etdiriblər. Bununla yanaşı, İtaliya hökumət rəhbərinin Minabdakı qızlar məktəbinə edilən hücumu qınayan fikirlərini də vacib hesab edirik", - deyə səfir bildirib.

Qeyd edək ki, bəzi dövlətlər, o cümlədən Avropa ölkələri Hörmüz boğazında gəmiçilik azadlığının təmin olunması yollarını araşdırmaq məqsədilə fərqli səviyyələrdə bir sıra müzakirələr aparıblar. Regionda hər hansı mövcudluq yalnız hərbi münaqişələrin tam bitməsindən sonra və sırf "müdafiə xarakterli" məqsədlər çərçivəsində nəzərdən keçirilir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#İran#İtaliya#Fransa#İsrail#Hörmüz_boğazı

Oxşar Xəbərlər

Avropa Parlamentinin qərəzli qətnaməsi, sülh prosesinə maneə yaratmaq məqsədi - FOTODünya

Avropa Parlamentinin qərəzli qətnaməsi, sülh prosesinə maneə yaratmaq məqsədi - FOTO

"Avropa Parlamenti adlanan, demokratik dəyərlərin iflasa uğradığı, korrupsiya və rüşvətxorluğun dərin kök saldığı, lobbi qruplarına və müxtəlif maraq dairələrinə xidmət edən, bir qrup məsuliyyətini anlamayanlardan ibarət "parlamentari"nin mövcud olduğu bir "qurum"un ölkəmizə qarşı qəbul etdiyi növbəti qərəzli qətnamə hər birimizdə ikrah doğurur. Bu əsassız, ittiham və qərəzlə dolu qətnamə sadəcə əhəmiyyətsiz bir kağız parçasıdır".

Bu gün
16:400
Rəsmi Pekindən sərt açıqlama: ABŞ-ni qisasla hədələdiDünya

Rəsmi Pekindən sərt açıqlama: ABŞ-ni qisasla hədələdi

Əgər ABŞ telekommunikasiya sahəsində əlavə qadağalar tətbiq edərsə, Pekin yerli şirkətlərin müdafiəsi istiqamətində bütün zəruri addımları atacaq.

Bu gün
16:320
Avstraliyada 5 yaşlı qızın qətli kütləvi iğtişaşlara səbəb oldu - VİDEODünya

Avstraliyada 5 yaşlı qızın qətli kütləvi iğtişaşlara səbəb oldu - VİDEO

Avstraliyada aborigen icmasından olan 5 yaşlı qızın qətlində şübhəli bilinən şəxsin saxlanılmasının ardınca ucqar qəsəbədə yüzlərlə etirazçı ilə hüquq mühafizə orqanı əməkdaşları arasında toqquşma baş verib.

Bu gün
16:240
Madyar yeznəsini Macarıstanın ədliyyə naziri təyin etmək istəyirDünya

Madyar yeznəsini Macarıstanın ədliyyə naziri təyin etmək istəyir

Macarıstanda yeni hökuməti formalaşdırmağa hazırlaşan "Tisa" Partiyasının sədri Peter Madyar ədliyyə naziri postuna öz yeznəsi Marton Melletey-Barnanı namizəd kimi göstərib.

Bu gün
15:360