Son dəqiqə
DİQQƏT - Azərbaycan səmasında parlaq izlər görünə bilərBakıda mağazadan 100 min manatlıq qızılın oğurlanma GÖRÜNTÜLƏRİAğcabədidə yeniyetmənin yanaraq öldüyü dəhşətli hadisənin TƏFƏRRÜATIQaxda mindən çox abonentin qazı kəsilibGünəşdə son iki ay yarımın ən böyük partlayışı oldu - VİDEOBaş İdarədən ƏMƏLİYYAT: Tərkibi dəyişdirilmiş 49 kq marixuana müsadirə edildi - FOTO - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Tokayev: "Xəzər regionunda hərbi güc tətbiqi qadağan olunmalıdır"
Tokayev: "Xəzər regionunda hərbi güc tətbiqi qadağan olunmalıdır"
Dünya

Tokayev: "Xəzər regionunda hərbi güc tətbiqi qadağan olunmalıdır"

Dünən
17:48
0 baxış
Paylaş:

"Xəzər dənizinin mühafizəsi regional davamlılıq, biomüxtəlifliyin qorunması və ekoloji balansın təmin edilməsi baxımından böyük əhəmiyyət kəsb edir".

"Xəzər dənizinin mühafizəsi regional davamlılıq, biomüxtəlifliyin qorunması və ekoloji balansın təmin edilməsi baxımından böyük əhəmiyyət kəsb edir".

Gundem.today-ın "Sputnik Qazaxıstan"a istinadla yaydığı məlumata görə, bunu Qazaxıstanın dövlət başçısı Kasım-Jomart Tokayev deyib.

Astanada baş tutan Regional Ətraf Mühit Sammitində (RES2026) çıxış edən Tokayev Xəzər dənizinin sonrakı korlanmasının qarşısını almaq məqsədilə Qazaxıstanın dövlətlərarası proqrama start verdiyini bildirib. O, regional səviyyədə elmi tərəfdaşlığı inkişaf etdirmək üçün Xəzər Dənizi Tədqiqat İnstitutunu təsis etdiyini diqqətə çatdırıb.

"Biz bütün beynəlxalq tərəfdaşları bu bənzərsiz təbii sərvətin qorunub saxlanılması istiqamətindəki fəaliyyətlərə dəstək olmağa səsləyirik. Bu səbəbdən Xəzər hövzəsində hər cür hərbi qüvvə tətbiqi istisna olunmalı, hətta buna qadağa qoyulmalıdır. Regional fəaliyyətlərimizlə bərabər, su resursları sahəsində qlobal tərəfdaşlıq da bizim üçün mühüm prioritet olaraq qalmaqdadır", - deyə prezident qeyd edib.

Qazaxıstan lideri həmçinin xatırladıb ki, o, 2025-ci ilin dekabr ayında BMT-nin ixtisaslaşmış qurumu kimi Beynəlxalq Su Təşkilatının təsis olunması təklifi ilə çıxış edib:

"BMT-nin hazırda çoxlu sayda mandatı yenidən nəzərdən keçirdiyini və qlobal idarəçilikdə effektivliyi artırmaq üçün imkanlar yaratdığını nəzərə alsaq, bu təşəbbüs xüsusi aktuallıq daşıyır. Şadıq ki, bu sammit çərçivəsində həmin təkliflə bağlı beynəlxalq məsləhətləşmələrin ilkin mərhələsi baş tutacaq. Eyni zamanda, biomüxtəlifliyin mühafizəsi də ekoloji siyasətimizin təməl istiqamətlərindən biri kimi çıxış edir".

Dövlət başçısı əlavə edib ki, Astanada təşkil olunan bu ali toplantı planetimizin qorunmasının bütün bəşəriyyətin müştərək vəzifəsi olduğunu bir daha yada salır:

"Bu məsələ bəşəriyyətin və gələcək nəsillərin taleyi ilə sıx bağlıdır. Söhbət yalnız ekoloji problemdən getmir, bu, həm də mühüm mənəvi öhdəlikdir. Eyni zamanda, sülh və dayanıqlılıq üçün strateji prioritet, eləcə də iqtisadi zərurətdir. İnanıram ki, bugünkü dialoqlarımız mühüm nəticələr verəcək və davamlı gələcək naminə ortaq baxışımızı xalqlarımıza xeyir gətirəcək əməli fəaliyyətlərə çevirən genişmiqyaslı müştərək təşəbbüslərə yol açacaq".

RES2026 EXPO beynəlxalq sərgisi 2026-cı ilin 22-24 aprel tarixlərində təşkil olunacaq və tədbirdə 30 müxtəlif ölkədən 300-ə yaxın şirkət təmsil olunacaq. Sərgi müddətində ümumilikdə 20 minədək ziyarətçinin iştirakı planlaşdırılır.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Kasım-Jomart_Tokayev#Birləşmiş_Millətlər_Təşkilatı_(BMT)#Qazaxıstan

Oxşar Xəbərlər

Günəşdə son iki ay yarımın ən böyük partlayışı oldu - VİDEODünya

Günəşdə son iki ay yarımın ən böyük partlayışı oldu - VİDEO

Günəş səthində son iki ay yarımda ən güclü hesab edilən X2.5 dərəcəli partlayış müşahidə olunub.

Bu gün
11:400
ABŞ-nin hərbi təyyarəsi Türkiyə səmasında qəza siqnalı verdiDünya

ABŞ-nin hərbi təyyarəsi Türkiyə səmasında qəza siqnalı verdi

ABŞ-nin Hərbi Hava Qüvvələrinə məxsus təyyarə bu gün səhər saatlarında Türkiyənin hava məkanında qəza siqnalı verib.

Bu gün
11:320
"Crocus"da terror törədənlərin qaldığı hostelin rəhbəri də cinayətkar olubDünya

"Crocus"da terror törədənlərin qaldığı hostelin rəhbəri də cinayətkar olub

Moskva yaxınlığındakı "Crocus City Hall"da terror aktını həyata keçirənlərin qeyri-qanuni qaldığı hostelin rəhbəri əvvəllər qətl işinə görə 11 il həbsdə olub.

Bu gün
11:240
ABŞ atəşkəs pozulacağı halda İranın hansı rəsmilərini vuracağını BƏYAN ETDİDünya

ABŞ atəşkəs pozulacağı halda İranın hansı rəsmilərini vuracağını BƏYAN ETDİ

Atəşkəs rejimi pozulacağı təqdirdə ABŞ İranın Hörmüz boğazında yerləşdirdiyi müdafiə sistemlərinə zərbələr endirməyi planlaşdırır.

Bu gün
11:200