
Toy etmək istəyənlərin NƏZƏRİNƏ: Restoran sahiblərindən qiymətlərlə bağlı açıqlama - VİDEO
Ramazan ayı boyunca toylara verilən fasilə artıq başa çatıb və şadlıq saraylarında yenidən canlanma müşahidə olunur.
Ramazan ayı boyunca toylara verilən fasilə artıq başa çatıb və şadlıq saraylarında yenidən canlanma müşahidə olunur.
Lakin qarşıdan Məhərrəm ayı gəlir. Bu səbəbdən şadlıq evlərində yenidən durğunluq yaşanacağı gözlənilir. Vətəndaşların böyük qismi toy mərasimlərini Məhərrəm ayından sonraya planlaşdırırlar.
Bəs bu məqam menyuların qiymətinə təsir göstərə bilərmi? Baku TV bunu öyrənmək üçün bir neçə restoranla əlaqə saxlayıb.
"Martın sonu, aprel, may və iyunun 15-dək olan günlər üçün toy sifarişlərimiz var. Aprelin 16-dan etibarən Məhərrəm ayı başlayır. Ondan sonra sifarişlər yavaş-yavaş verilir. Adətən Məhərrəmlik ərəfəsində gəlib tarix götürürlər. Qiymət artımı isə bizdən asılı deyil. Əgər bazarda artım olmasa, biz də qiymətləri qaldırmayacağıq. Bazarda ciddi bahalaşma olarsa, bizdə də 3-5 manat fərq yarana bilər", - administratorlardan biri deyib.
"Ramazan bayramından sonra toylarımız yaxşı gedir. Qiymətlərdə artım yoxdur. Məhərrəm ayından sonrakı tarixlər üçün də sifarişlər verilir və qiymətlərdə yenə dəyişiklik yoxdur. Bazarda bahalaşma olsa da, hazırda qiymətlər eyni qalır", - digər administrator bildirib.
Görünən odur ki, hələlik qiymət artımı gözlənilmir. Lakin bazarda məhsulların qiymətində yüksəlmə olarsa, vəziyyət dəyişə bilər.
Qeyd edək ki, hazırda şadlıq saraylarında menyu qiymətləri minimum 45-50 manatdan başlayır. Bəzi restoranlarda isə bu rəqəm 100 manat və daha yuxarı məbləğdə təklif olunur.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətAvropa və Asiyada türk dili izi - VİDEO
"Caliber"in "YouTube" kanalında "Tarix. Sənədlər. Faktlar" silsiləsinin yeni buraxılışı yayımlanıb.
CəmiyyətSürücü və sərnişinlərin "konum" dərdi: Ünvanların tapılmamasının SƏBƏBLƏRİ - VİDEO
Taksi xidmətlərindən istifadə edənlər tez-tez eyni problemlə üzləşdiklərini bildirirlər.
CəmiyyətSon günlər ölkəmizdə müşahidə olunan rekord yağıntılar MÜZAKİRƏ EDİLDİ - VİDEO
Baku TV-nin "Aktual Gündəm" verilişinin budəfəki buraxılışında son günlər ölkəmizdə müşahidə olunan rekord yağıntılar və iqlim dəyişikliklərinin yaratdığı yeni reallıq müzakirə olunub.
CəmiyyətAzərbaycan nümayəndə heyəti Türkiyə Dezinformasiya ilə Mübarizə Mərkəzində olub
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının və Medianın İnkişafı Agentliyinin nümayəndələri Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin Dezinformasiya ilə Mübarizə Mərkəzini ziyarət edib.