
Tramp ABŞ-nin ədliyyə naziri postuna Blanşın təsdiqlənməsini təklif etdi
ABŞ Prezidenti Donald Tramp Konqresin Senatına hazırda Ədliyyə Nazirliyinin rəhbəri (ABŞ Baş prokuroru) vəzifəsini icra edən Todd Blanşın həmin posta təsdiqlənməsini təklif edib.
ABŞ Prezidenti Donald Tramp Konqresin Senatına hazırda Ədliyyə Nazirliyinin rəhbəri (ABŞ Baş prokuroru) vəzifəsini icra edən Todd Blanşın həmin posta təsdiqlənməsini təklif edib.
Gundem.today xəbər verir ki, bununla bağlı müvafiq bəyanat Ağ Evin rəsmi internet səhifəsində yerləşdirilib.
ABŞ-də baş prokurorluq funksiyalarını həyata keçirən Ədliyyə Nazirliyinin rəhbəri vəzifəsinə T.Blanşın namizədliyi artıq Senata təqdim olunub. Namizədin bu vəzifəyə təsdiqlənməsi üçün əvvəlcə Senatın Hüquq komitəsinin, ardınca isə ABŞ Konqresinin yuxarı palatasının tam tərkibinin dəstəyi tələb olunur.
Xatırladaq ki, Tramp aprelin 2-də Pem Bondinin istefasını qəbul etdikdən sonra Blanşı ABŞ Ədliyyə Nazirliyinin rəhbəri əvəzi təyin edib. "The New York Times" nəşrinin yaydığı məlumata görə, Bondinin vəzifədən getməsinin əsas səbəbi pedofiliyada ittiham olunan maliyyəçi Ceffri Epşteynin cinayət işi üzrə sənədlərin yayımlanması fonunda atdığı addımlar olub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ-nin hücum helikopteri İran dronu ilə vurulub - İDDİA - VİDEO
ABŞ-nin "AH-64 Apache" hərbi hücum helikopteri Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıb.
DünyaRusiyada partladılan avtomobildə Müdafiə Nazirliyinin idarə rəisi həlak olub - FOTO - VİDEO
Moskva vilayətinin Balaşixa şəhərində avtomobilin partlaması nəticəsində sürücü həyatını itirib.
Dünyaİsveçdə daimi yaşayış icazəsi ləğv edildi
İsveç parlamenti hökumətin sığınacaq axtaran şəxslər üçün daimi yaşayış icazəsinin ləğv edilməsi barədə təklifini dəstəkləyib.
DünyaDağıstanda qazpaylayıcı stansiyada partlayış baş verib - VİDEO
Dağıstanın Kizilyurt sənaye zonasında qazpaylayıcı stansiyada yanğın qeydə alınıb.