
Tramp: "ABŞ-nin İranla müharibəsi NATO üçün sınaq idi"
"ABŞ-nin İrana qarşı hərbi əməliyyatı NATO üçün sınaq xarakteri daşıyıb".
"ABŞ-nin İrana qarşı hərbi əməliyyatı NATO üçün sınaq xarakteri daşıyıb".
Gundem.today TASS-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp ABC telekanalına müsahibəsində deyib.
"Bunu sınaq kimi etdim. Mənə bu lazım deyil, düzdür? NATO kağızdan pələngdir, onların gəmiləri yoxdur, heç nəyi yoxdur və Vladimir Putin onlardan qətiyyən qorxmur", - deyə D.Tramp bildirib.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İran ərazisində hərbi əməliyyata başlayıb. Zərbələr Tehran da daxil olmaqla ölkənin iri şəhərlərinə endirilib.
İslam İnqilabı Keşikçiləri Korpusu isə cavab olaraq genişmiqyaslı əməliyyat həyata keçirərək İsrailə hücum edib. Bununla yanaşı, ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı ərazisində yerləşən hərbi obyektlərinə də zərbələr endirilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaKİV: "Hizbullah" səhvən Britaniya gəmisini atəşə tutub
Böyük Britaniyaya məxsus hərbi gəmi Şərqi Aralıq dənizi akvatoriyasında Livan ərazisindən atəşə tutulub.
DünyaPakistan ordusu Əfqanıstanla sərhəddə hücum cəhdinin qarşısını alıb
Pakistan Silahlı Qüvvələri Əfqanıstan hərbçilərinin sərhəd postunu ələ keçirmək cəhdinin qarşısını alaraq 37 nəfəri zərərsizləşdirib.
Dünyaİsrail ordusu Livanda "Hizbullah" obyektlərinə zərbələr endirdiyini açıqlayıb
İsrail Livan ərazisinə yeni hava zərbələri endirib.
DünyaTehran ABŞ infrastrukturuna zərbə endirməklə hədələdi
Tehran ABŞ-nin Fars körfəzi bölgəsində yerləşən infrastruktur obyektlərinə zərbə endirə biləcəyi ilə bağlı xəbərdarlıq edib.