
Tramp Hörmüz boğazının açılmasını çox böyük prioritet adlandırıb
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazında normal gəmiçiliyin bərpasını çox böyük prioritet adlandırıb.
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazında normal gəmiçiliyin bərpasını çox böyük prioritet adlandırıb.
Gundem.today TASS-a istinadən xəbər verir ki, o, bu barədə Ağ Evdə jurnalistlərə bildirib.
"Deyərdim ki, bu, çox böyük prioritetdir, çünki bu məsələ bir az fərqlidir - biz onları istədiyimiz kimi bombalaya bilərik, dağıdıcı zərbə endirə bilərik. Boğazı bağlamaq üçün bir terrorçu və yük maşını kifayətdir, çünki dəniz minalarını böyük yük maşınlarında daşımaq olar. Dəniz minasını suya atmaq kifayətdir, bundan sonra gəl, bir milyard dollar dəyərində olan gəmilərin sahiblərini minalardan narahat olmamağa inandır", - deyə amerikalı lider qeyd edib.
ABŞ prezidenti Vaşinqtonun Hörmüz boğazını nəzarətə götürə və keçidə görə müstəqil şəkildə ödəniş tələb edə biləcəyini istisna etməyib. "Bizim ödəniş tələb edəcəyimiz bir konsepsiyamız var", - deyə Tramp vurğulayıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİranlı bəstəkar obyektləri qorumaq üçün elektrik stansiyasında məskunlaşacaq
Tanınmış iranlı bəstəkar, musiqiçi və ifaçı Əli Qəmsari olduqca qeyri-adi və riskli bir təşəbbüslə çıxış edib.
DünyaHindistan sərhədlərinin qorunması üçün unikal təklif: Timsah və ilanlardan istifadə oluna bilər
Hindistanın Pakistan və Banqladeşlə sərhədlərinin mühafizəsini təmin edən Sərhəd Təhlükəsizlik Qüvvələri (BSF) olduqca qeyri-adi bir təşəbbüslə çıxış edib.
DünyaYaxın Şərqdə gərginlik Britaniyada balıq və çips sektoruna zərbə vurdu
Yaxın Şərqdə baş verən toqquşmalardan sonra enerjidaşıyıcılarının dəyərinin yüksəlməsi Böyük Britaniyanın məşhur balıq və çips sektoruna ziyan vurub.
DünyaABŞ-nin hərb naziri İrana "ən irihəcmli zərbələrin" endiriləcəyini bildirib
ABŞ-nin hərb naziri Pit Heqset münaqişənin başlanğıcından bəri İrana "ən irihəcmli zərbələrin" endiriləcəyini açıqlayıb.