
Tramp: "İran münaqişənin dayandırılması ilə bağlı "əhəmiyyətli təklif" verib"
"Tehran münaqişənin dayandırılması ilə bağlı Vaşinqtona "əhəmiyyətli təklif" verib, lakin ABŞ onu yetərli hesab etmir".
"Tehran münaqişənin dayandırılması ilə bağlı Vaşinqtona "əhəmiyyətli təklif" verib, lakin ABŞ onu yetərli hesab etmir".
Gundem.today TASS agentliyinə istinadən xəbər verir, bu barədə ABŞ Prezidenti Donald Tramp bəyan edib
"Onlar bir təklif irəli sürüblər və bu, əhəmiyyətli təklifdir. Bu, ciddi addımdır. Kifayət qədər yaxşı olmasa da, əhəmiyyətli addımdır', - deyə o bildirib.
Vaşinqton administrasiyasının rəhbəri iddia edir ki, İrana qarşı ABŞ-İsrail hərbi əməliyyatının başa çatması Tehran rəsmilərinin qərarlarından asılıdır.
"Əgər İranın vəzifəli şəxsləri etməli olduqlarını etsələr, müharibə çox tez bitə bilər. Onlar müəyyən şeyləri etməlidirlər", - deyə ABŞ lideri Ağ Evdə jurnalistlərlə söhbəti zamanı bəyan edib.
Bununla yanaşı, o, İrana verdiyi ultimatumun sonuncu olub-olmaması barədə suala təsdiqedici cavab verib. Daha əvvəl ABŞ prezidenti "Truth Social" şəbəkəsində hədələmişdi ki, əgər İran aprelin 6-dək Hörmüz boğazında genişmiqyaslı gəmiçiliyin bərpası üçün şərait yaratmasa, enerji və mülki infrastruktura zərbələr endiriləcək. Daha sonra o, İranla mümkün sövdələşmənin bağlanma müddətini bir sutka (aprelin 8-i Bakı vaxtı ilə saat 04:00-a qədər) uzadıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaAmerikalı aktrisa yeddi uşaqla ağır qəzaya düşüb
Amerikalı aktrisa, "Beverly Hills 90210" serialı ilə tanınmış Tori Spellinq Kaliforniya ştatının Temekula şəhərində ağır yol-nəqliyyat qəzası keçirib.
DünyaErmənistan İqtisadiyyat Nazirliyində atəş açılıb: Yaralanan var
Ermənistan İqtisadiyyat Nazirliyinin mühafizə əməkdaşı bilmədən atəş açıb.
DünyaKİV: İrana dost ölkələr də Hörmüzdən keçidə görə rüsum ödəyəcəklər
"İran hökuməti Hörmüz boğazından təhlükəsiz keçid üçün dost ölkələr də daxil olmaqla bütün gəmiləri rüsum ödəməyə məcbur edəcək".
DünyaTramp: "Seçim mənim olsaydı, İranın neftini nəzarətə götürərdim"
"Mən İrana qarşı körpülərin və elektrik stansiyalarının məhv edilməsindən daha ciddi tədbirlərə əl atmaq istəmirəm".