
Tramp İranda "F-15" pilotunun xilas edilməsi əməliyyatının detallarını açıqlayıb
"F-15" qırıcısının amerikalı pilotunun İrandan xilas edilməsi əməliyyatı gündüz saatlarında həyata keçirilib.
"F-15" qırıcısının amerikalı pilotunun İrandan xilas edilməsi əməliyyatı gündüz saatlarında həyata keçirilib.
Gundem.today xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında paylaşım edib.
"Biz "F-15" qırıcısının İranın dərin dağlıq ərazisində olan ağır yaralı ekipaj üzvünü xilas etdik. İran hərbçiləri çoxlu qüvvə cəlb edərək intensiv axtarış aparırdılar və getdikcə yaxınlaşırdılar. İnsanlar və texnika üçün təhlükə səbəbindən bu cür reydlər nadir hallarda həyata keçirilir. Birinci reyddən sonra ikinci reyd də baş tutdu və biz pilotu günün günorta çağında xilas etdik ki, bu da qeyri-adi haldır. Biz İran üzərində yeddi saat keçirdik. Hər kəs heyrətamiz cəsarət və peşəkarlıq nümayiş etdirdi! Bazar ertəsi saat 13:00-da Oval Ofisdə hərbçilərin iştirakı ilə mətbuat konfransı keçirəcəyəm", - deyə o bildirib.
Xatırladaq ki, İran aprelin 3-də ölkənin mərkəzi hissəsində ABŞ istehsalı olan "F-15E Strike Eagle" qırıcısını vurub. Həmin gün Amerika hərbçiləri birinci pilotu xilas etmişdilər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaMahaçqalada iki çoxmənzilli bina çökdü
Rusiyada, Dağıstanın paytaxtı Mahaçqala şəhərində iki çoxmənzilli bina çöküb.
DünyaAzov dənizində yük gəmisinə PUA hücumu nəticəsində iki nəfər həlak olub
Pilotsuz uçuş aparatlarının (PUA) Azov dənizi akvatoriyasında buğda daşıyan yük gəmisinə hücumu nəticəsində iki nəfər həlak olub.
DünyaDörd ölkə "Türk axını" qaz kəmərinin mühafizəsini gücləndirəcək
"Macarıstan, Rusiya, Türkiyə və Serbiya "Türk axını" qaz kəmərinin mümkün hücumlardan qorunmasını gücləndirmək barədə razılığa gəliblər".
DünyaABŞ-nin İranla müharibədə itirdiyi təyyarələrin sayı açıqlandı
İran ətrafında münaqişə başlayandan bəri ABŞ ən azı yeddi hərbi təyyarə itirib.