
Tramp İranı HƏDƏLƏDİ: "Yer üzündən silinəcək"
"Hörmüz boğazında ABŞ gəmilərinə hücum olunacağı təqdirdə İran yer üzündən silinəcək".
"Hörmüz boğazında ABŞ gəmilərinə hücum olunacağı təqdirdə İran yer üzündən silinəcək".
Gundem.today xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Fox News" telekanalına müsahibəsində deyib.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.
Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib.
Daha sonra İslamabadda tərəflərin ilk görüşü keçirilib.
Aprelin 22-nə planlaşdırılmış ikinci görüş isə baş tutmayıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaTramp Cənubi Koreyanı Hörmüz boğazındakı əməliyyatlara qoşulmağa çağırdı
ABŞ Prezidenti Donald Tramp Cənubi Koreya hökumətini Hörmüz boğazında hərbi əməliyyatlarda iştirak məsələsinə baxmağa çağırıb.
DünyaBƏƏ-dən İranın hücumuna SƏRT CAVAB: Bütün raketlər vuruldu
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hava hücumundan müdafiə qüvvələri İrandan buraxılan bir neçə hava hədəfinin qarşısını alıb.
DünyaZelenskidən gözlənilməz gediş: Mayın 6-da nə baş verəcək?
Ukrayna Prezidenti Volodimir Zelenski 6 may saat 00:00-dan etibarən "sükut rejimi"nin tətbiq olunacağını bəyan edib.
DünyaBirləşmiş Ərəb Əmirlikləri hava məkanını qismən bağladı
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) ölkənin hava məkanının qismən bağlanması barədə qərar qəbul edib.