
Tramp NATO-nun yardım təklifini rədd etdi
ABŞ Prezidenti Donald Tramp NATO-nun Hörmüz boğazındakı fəaliyyətlərdə Vaşinqtona dəstək təklifini rədd edib və alyansın faydalılığına şübhə ilə yanaşıb.
ABŞ Prezidenti Donald Tramp NATO-nun Hörmüz boğazındakı fəaliyyətlərdə Vaşinqtona dəstək təklifini rədd edib və alyansın faydalılığına şübhə ilə yanaşıb.
Gundem.today xəbər verir ki, Ağ Evin rəhbəri bu barədə "Truth Social" platformasında yazıb.
"Hörmüz boğazındakı vəziyyət həll olunduqdan sonra mənə NATO-dan zəng edib kömək lazım olub-olmadığını soruşdular. Mən onlara dedim ki, əgər sadəcə gəmilərini neftlə doldurmaq istəmirlərsə, kənarda dursunlar", - deyə o vurğulayıb.
D.Tramp qeyd edib ki, ABŞ-nin həqiqətən NATO-nun köməyinə ehtiyacı olanda, alyans faydasız olub.
"Kağız pələnglər!", - deyə o yekunlaşdırıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİran generalından ABŞ və İsrailə çağırış: "Hərbi gücümüzü qəbul edin"
Rəsmi Tehran Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və İsrailin hökumət başçısı Benyamin Netanyahuya səslənərək, onları İran silahlı qüvvələrinin qüdrətini etiraf etməyə dəvət edib.
DünyaErmənistanda keşişlərin həbsxanaları ziyarət etmələri qadağan olundu
Ermənistan Ədliyyə Nazirliyi din xadimlərinə cəzaçəkmə müəssisələrini ziyarət etməyi qadağan edib.
Dünyaİran Hörmüzdən hansı gəmilərin və necə keçə biləcəyini AÇIQLADI
"Hörmüz boğazının kommersiya gəmiləri üçün açılmasına baxmayaraq, istənilən ölkənin hərbi gəmilərinin keçidi hələ də qadağandır. Yalnız mülki gəmilər SEPAH-ın icazəsi və müəyyən edilmiş marşrutlarla keçə bilər".
DünyaTramp İsrailin Livanı bombalamasını QADAĞAN ETDİ
"İsrail artıq Livanı bombalamayacaq".