
Trampdan İrana sərt mesaj: "Uranı onlarla və ya onlarsız götürəcəyik" - VİDEO
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton İranla danışıqların nəticəsindən asılı olmayaraq bu ölkənin yüksək zənginləşdirilmiş uran ehtiyatlarını nəzarətə götürmək niyyətindədir.
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton İranla danışıqların nəticəsindən asılı olmayaraq bu ölkənin yüksək zənginləşdirilmiş uran ehtiyatlarını nəzarətə götürmək niyyətindədir.
Gundem.today xəbər verir ki, bu barədə o, "NBC News" telekanalına müsahibəsində danışıb.
"Biz uranı onlarla birlikdə və ya onsuz da götürəcəyik. Bu zaman heç kim bizə atəş açmayacaq", - deyə Tramp bildirib.
"Əgər razılıq əldə etsək və münasibətlər dostcasına olsa, bunu birlikdə həyata keçirəcəyik. Avadanlıq bizim olacaq. Uranı çıxarıb ya yerində məhv edəcəyik, ya da başqa yerə aparacağıq", - deyə o vurğulayıb.
Tramp həmçinin ABŞ ilə İran arasında nüvə sazişinin imzalanmasına çox az qaldığını bildirib. Onun sözlərinə görə, tərəflər arasında yalnız bir neçə məsələ açıq qalır və bunlar ciddi problemlər hesab edilmir.
"Biz razılaşmaya çox yaxınıq. Onlar nüvə silahına sahib olmayacaqlarını qəbul ediblər", - deyə ABŞ lideri əlavə edib.
Donald Tramp onu da qeyd edib ki, İranla mümkün razılaşmadan sonra ölkənin dondurulmuş aktivləri dərhal azad edilməyəcək.
"Əgər onlar düzgün davransalar və yaxşı nəticə göstərsələr, o zaman bu barədə danışmağa başlayacağıq", - deyə ABŞ Prezidenti bildirib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ-nin hücum helikopteri İran dronu ilə vurulub - İDDİA - VİDEO
ABŞ-nin "AH-64 Apache" hərbi hücum helikopteri Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıb.
DünyaRusiyada partladılan avtomobildə Müdafiə Nazirliyinin idarə rəisi həlak olub - FOTO - VİDEO
Moskva vilayətinin Balaşixa şəhərində avtomobilin partlaması nəticəsində sürücü həyatını itirib.
Dünyaİsveçdə daimi yaşayış icazəsi ləğv edildi
İsveç parlamenti hökumətin sığınacaq axtaran şəxslər üçün daimi yaşayış icazəsinin ləğv edilməsi barədə təklifini dəstəkləyib.
DünyaDağıstanda qazpaylayıcı stansiyada partlayış baş verib - VİDEO
Dağıstanın Kizilyurt sənaye zonasında qazpaylayıcı stansiyada yanğın qeydə alınıb.