
Trampdan İranla bağlı şok bəyanat: "Nüvə proqramı müddətsiz dayandırılacaq"
ABŞ Prezidenti Donald Tramp Tehranın öz nüvə proqramını müddətsiz dayandıracağını bəyan edib.
ABŞ Prezidenti Donald Tramp Tehranın öz nüvə proqramını müddətsiz dayandıracağını bəyan edib.
Gundem.today xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi xəbər yayıb.
D.Tramp agentliyə verdiyi müsahibəsində İranın nüvə proqramına 20 illik moratoriumun tətbiq edilməsi barədə sualı cavablandırarkən deyib: "Bu, illərlə deyil, qeyri-məhdud (müddətsiz) olacaq".
Ağ Ev rəhbəri İranla tezliklə sazişin bağlanacağını gözlədiyini bildirib və sənədin əksər müddəalarının artıq razılaşdırıldığını vurğulayıb. Tehran tərəfi hələlik Donald Trampın iki ölkə arasındakı mümkün saziş barədə səsləndirdiyi bu fikirləri şərh etməyib.
ABŞ Prezidenti Donald Tramp 17 aprel tarixində verdiyi bəyanatda İran hakimiyyətinin uranın zənginləşdirilməsini dayandırmağa razılıq verdiyini iddia edib.
Gundem.today xəbər verir ki, bu barədə o, "NewsNation" telekanalına müsahibəsində bildirib.
Ağ Evin rəhbəri "İran uranın zənginləşdirilməsini dayandırmağa razıdırmı?" sualına rəsmən "Bəli" cavabını verib. Onun sözlərinə görə, İslam Respublikasının bu qərarı onu heç də təəccübləndirmir.
Telekanal qeyd edib ki, hazırda bu məlumatla bağlı İran tərəfindən rəsmi bir təsdiq daxil olmayıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ və İran yenidən masa arxasına keçə bilərlər: Təxmini tarix bilindi
ABŞ və İran arasında danışıqların, çox güman ki, bazar ertəsi - aprelin 20-də Pakistanda baş tutacağı bildirilir. Lakin görüş hələ rəsmi olaraq təsdiqlənməyib.
DünyaBritaniya və Fransa Hörmüzdə təhlükəsizlik üzrə missiya yaratmaq qərarına gəliblər
"Fransa və Böyük Britaniya Hörmüz boğazında gəmiçilik sərbəstliyini təmin etmək üçün çoxmillətli missiyaya rəhbərlik edəcəklər".
DünyaMünaqişənin kəskinləşməsindən bəri Hörmüz boğazından ilk sərnişin gəmisi keçdi
"Celestyal Discovery" kruiz layneri marşrutunu dəyişərək, Xasab limanına planlaşdırılan giriş əvəzinə Hörmüz boğazını keçib.
DünyaSamvel Karapetyanın ev dustaqlığı müddəti uzadıldı
Ermənistanın Antikorrupsiya Məhkəməsi "Güclü Ermənistan" partiyasının rəhbəri Samvel Karapetyanın ev dustaqlığı müddətini üç ay uzatmaq barədə qərar qəbul edib.