
Trampın son hədəsindən sonra İran ABŞ ilə birbaşa dialoqu dayandırdı: Gərginlik pik həddə
Tehran ABŞ Prezidenti Donald Trampın "İran sivilizasiyasını məhv etmək" hədəsindən sonra Vaşinqtonla birbaşa diplomatik təmasları dayandırıb.
Tehran ABŞ Prezidenti Donald Trampın "İran sivilizasiyasını məhv etmək" hədəsindən sonra Vaşinqtonla birbaşa diplomatik təmasları dayandırıb.
Gundem.today xəbər verir ki, bu barədə "The Wall Street Journal" mənbələrə istinadən məlumat yayıb.
Qəzetin məlumatına görə, tərəflər arasında danışıqlar vasitəçilər üzərindən davam edir. Nəşrin həmsöhbəti bildirib ki, İran bu addımla "narazılıq və itaətsizlik" siqnalı verməyi planlaşdırıb.
Eyni zamanda, iki Pakistan rəsmisi "Reuters" agentliyinə açıqlamasında qeyd edib ki, Pakistan həm İran, həm də ABŞ ilə əlaqə saxlayır. Lakin əsas problem İran hakimiyyətinin ilkin şərtlər yerinə yetirilməyənə qədər birbaşa danışıqlardan imtina etməsidir.
Bu şərtlərə tam atəşkəsin təmin olunması, İslam Respublikasına təhlükəsizlik zəmanətlərinin verilməsi və təzminat ödənişləri daxildir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaBMT-də qalmaqal: Hörmüz boğazı ilə bağlı qətnamə bloklandı
Bəhreynin Hörmüz boğazı ilə bağlı hazırladığı qətnamə BMT Təhlükəsizlik Şurasında (TŞ) keçirilən səsvermədə qəbul edilməyib.
DünyaFransa Rusiya sərhədi yaxınlığında döyüş təyyarələri yerləşdirib: NATO-nun gizli mesajı nədir?
Fransa Rusiyanın sərhədindən 130 kilometr məsafədə yerləşən Litvadakı bazaya "Rafale" qırıcı təyyarələri yerləşdirib.
Dünyaİsrail XİN: "Terror bizi dayandırmayacaq"
İsrail hakimiyyəti İstanbuldakı İsrail Baş Konsulluğuna hücumdan sonra Türkiyə təhlükəsizlik qüvvələrinin reaksiyasını yüksək qiymətləndirir.
Dünyaİran bütün regionu qaranlığa qərq etməklə hədələdi
Tehran Qətər vasitəsilə ABŞ-yə və Yaxın Şərq ölkələrinə mesaj göndərərək, İranın cavab zərbələri nəticəsində bütün regionun və Səudiyyə Ərəbistanının tam qaranlığa qərq olacağına söz verib.