Son dəqiqə
Azərbaycanda vahid büdcə təsnifatı yenilənibErmənistanın böyük dilemması: Kreml, yoxsa Brüssel?Gürcüstanda Azərbaycan Prezidentinin şərəfinə lanç verilib - FOTO16 yaşlı qızı maşın vurduTbilisidə Mehriban Əliyevanın şərəfinə lanç verilibRəssamlıq Akademiyasının tələbələri üç aydır təqaüdlərini ala bilmirlər - Rəhbərlik məsələni nəzarətə götürdü
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Türkiyədə vəhşicəsinə öldürülmüş Narin Güranın qətlində yeni DETALLAR
Türkiyədə vəhşicəsinə öldürülmüş Narin Güranın qətlində yeni DETALLAR
Dünya

Türkiyədə vəhşicəsinə öldürülmüş Narin Güranın qətlində yeni DETALLAR

Bu gün
17:48
0 baxış
Paylaş:

Türkiyənin Diyarbəkir vilayətinin Bağlar rayonunda 2024-cü il avqustun 21-də yoxa çıxan və 19 gün sonra, 2024-cü il sentyabrın 8-də Eğertutmaz çay dərəsində cansız bədəni tapılan 8 yaşlı Narin Güranın qətli ilə bağlı yeni detallar ortaya çıxıb.

Türkiyənin Diyarbəkir vilayətinin Bağlar rayonunda 2024-cü il avqustun 21-də yoxa çıxan və 19 gün sonra, 2024-cü il sentyabrın 8-də Eğertutmaz çay dərəsində cansız bədəni tapılan 8 yaşlı Narin Güranın qətli ilə bağlı yeni detallar ortaya çıxıb.

Bu barədə Gundem.today "Haber Global"a istinadən xəbər verir.

Məlumata görə, Narin Güranın qətli ilə bağlı təqsirli bilinərək 4 il 6 ay həbs cəzasına məhkum edilən Nevzat Bahtiyar yenidən hakim qarşısına çıxıb.

Nevzat Bahtiyar ifadəsində bildirib ki, qızcığazın əmisi Salim Güran ondan cəsədi hissələrə ayıraraq yox etməsini istəyib.

"Hadisə baş verdiyi gün səhər saat 6:30-da Çarıklıya getdim və günorta saatlarında evə gəldim. Həyat yoldaşım suyumuzun kəsildiyini dedi, ona görə də Salim Gürana zəng etdim. Saat 3 radələri idi, sadəcə su haqqında danışdıq. Daha sonra Salim Güran məni çağırdı. Yuxarı qalxdığım zaman cəsədi gördüm. Mənə dedi ki, bu cəsədi aparacaqsan. Qəbul etmədim, silah çəkdi, məni və oğlumu təhdid etdi. Məcbur qalıb cəsədi apardım", - deyə o bildirib.

"Salim Güran, həmçinin məndən cəsədi parça-parça bölüb yox etməyimi istədi. Mən bunu etmədim. Əgər etmiş olsaydım, o cəsəd tapılmazdı və mən də burada mühakimə olunmazdım", - deyə o əlavə edib.

Qeyd edək ki, Narin Güranın qətli ilə bağlı mühakimə olunan anası Yüksel, qardaşı Enes və əmisi Salim Güran "Birgə hərəkət edərək uşağın qəsdən öldürülməsi" ittihamı üzrə ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum ediliblər, Nevzat Bahtiyar isə "Cinayət dəlillərini yox etmək, gizlətmək və ya dəyişdirmək" ittihamı ilə 4 il 6 ay həbs cəzasına məhkum edilib.

Xatırladaq ki, səkkiz yaşlı Narin Güranın cəsədi onun itkin düşməsindən 19 gün sonra çay yatağında, üstü daş və kol-kosla örtülmüş çuval içində tapılmışdı. Ekspertiza uşağın ağız-burnunun qapadılması və boynuna təzyiq edilərək sıxılması nəticəsində oksigen çatışmazlığından dünyasını dəyişdiyini müəyyən edib. Diyarbəkir Respublika Baş Prokurorluğuna göndərilən hesabatda Narin Güranın yoxa çıxdığı gün, yəni avqustun 21-də öldüyü bildirilib. İstintaq nəticəsində cinayətin uşağın anası Yüksel Güran, qardaşı Enes Güran, avtomobilində Narinə aid DNT və tük nümunəsi tapılan əmisi Salim Güran tərəfindən törədildiyi məlum olur. Onlara və cəsədi çay yatağına daşıdığını etiraf edən qonşuları Nevzat Bahtiyara qarşı "mütəşəkkil cinayət törətmək" ittihamı ilə cinayət işi açılıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Narin_Güran#Nevzat_Bəxtiyar#Salim_Güran#Diyarbəkir_cinayəti#uşaq_qətli#Türkiyə_xəbərləri#məhkəmə_işi#Narin_cinayəti#məhkəmə_ifadəsi#qətl_hadisəsi.

Oxşar Xəbərlər

"Crocus"dakı terror aktına görə ömürlük həbs edilmiş şəxs intihar etdi - FOTODünya

"Crocus"dakı terror aktına görə ömürlük həbs edilmiş şəxs intihar etdi - FOTO

Rusiyadanın paytaxtı Moskva yaxınlığındakı "Crocus City Hall" konsert zalında törədilən terror aktı işi üzrə ömürlük həbs cəzasına məhkum edilmiş şəxs intihar edib.

Bu gün
18:340
ABŞ-də İlon Maska güzəştlər: Mühafizəçilərinə status verildiDünya

ABŞ-də İlon Maska güzəştlər: Mühafizəçilərinə status verildi

ABŞ Marşallar Xidməti (ABŞ Ədliyyə Nazirliyinin hüquq-mühafizə orqanı) iş adamı İlon Maskın təhlükəsizlik xidməti əməkdaşlarına güzəştlər edib, onlara federal agent statusu almaq üçün lazım olan standart hazırlıq və təcrübə tələblərindən yan keçməyə imkan verib.

Bu gün
18:201
Günəşdə partlayışlar: Aprelin 6 və 7-də kosmik havada hansı proseslər gözlənilir?Dünya

Günəşdə partlayışlar: Aprelin 6 və 7-də kosmik havada hansı proseslər gözlənilir?

Aprelin 6-da və 7-də Günəşdəki partlayış fəallığının zəif və ya orta dərəcədə olacağı gözlənilir, lakin ən güclü hesab edilən X sinif partlayışların başvermə riski də istisna edilmir.

Bu gün
18:120
ABŞ-nin pilot əməliyyatı, yoxsa zənginləşdirilmiş uranı götürmək cəhdi? - İrandan HEYRƏTAMİZ İDDİADünya

ABŞ-nin pilot əməliyyatı, yoxsa zənginləşdirilmiş uranı götürmək cəhdi? - İrandan HEYRƏTAMİZ İDDİA

"ABŞ-nin İranda qəzaya uğramış "F-15E" qırıcısının heyətini xilas etmək məqsədilə həyata keçirdiyi əməliyyat əslində İsfahanda yerləşən obyektdən zənginləşdirilmiş uranın oğurlanması məqsədini daşıya bilərdi".

Bu gün
17:560