
Türkiyəli basketbolçu NBA tarixinə düşdü
ABŞ-nin "Hyuston Rokets" komandasının formasını geyinən Alperen Şengün Milli Basketbol Assosiasiyasında (NBA) adını tarixə yazdıraraq yeni rekorda imza atıb.
ABŞ-nin "Hyuston Rokets" komandasının formasını geyinən Alperen Şengün Milli Basketbol Assosiasiyasında (NBA) adını tarixə yazdıraraq yeni rekorda imza atıb.
Gundem.today xəbər verir ki, türkiyəli idmançı bir NBA qarşılaşmasında 35+ xal, 10+ ribaund, 5+ assist, 3+ top oğurlama, 3+ blok və 5+ üçxallıq atış göstəricilərinə çatan ilk basketbolçu kimi yaddaşlarda qalıb.
Ulduz oyunçu bu möhtəşəm uğuru müntəzəm çempionatın son turunda "Nyu-Orlean Pelikans"a qarşı keçirilən oyunda əldə edib. Şengün meydanı 36 xal, 13 ribaund, 7 assist, 3 top oğurlama, 3 blok və 5 üçxallıq atışla tərk edib.
Qeyd edək ki, sözügedən tarixi matç "Hyuston Rokets"in 134:102 hesablı inamlı qələbəsi ilə yekunlaşıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanİran yığması dünya çempionatı ilə vidalaşır?
İran Futbol Federasiyası Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasına (FIFA) rəsmi məktub ünvanlayıb. Müraciətdə ABŞ və İsraillə davam edən münaqişənin ölkənin idman infrastrukturuna ciddi ziyan vurduğu vurğulanıb.
İdman"Qalatasaray" İtaliyada çıxış edən türk futbolçu üçün milyonlar xərcləyəcək - FOTO
İtaliyanın "Roma" klubunun və Türkiyə yığmasının futbolçusu Zeki Çelikin yenidən ölkəsinə qayıdaraq karyerasını "Qalatasaray"da davam etdirməsi gündəmdədir.
İdmanRomelu Lukaku üçün üç fərqli istiqamət
Belçikalı ulduz hücumçu Romelu Lukakunun mövsümün sonunda İtaliyanın "Napoli" klubu ilə yollarını ayıracağı gözlənilir.
İdmanPortuqaliyalı ulduz "Mançester Siti" ilə bağlı qərarını verdi - FOTO
İngiltərənin "Mançester Siti" klubunun portuqaliyalı yarımmüdafiəçisi Bernardo Silva cari mövsümün sonunda komandanı tərk edəcəyini bəyan edib.