
Uğurlarından söz etdirən Şuşa şagirdləri: "Mühəndislik bacarıqlarını artırırlar" - VİDEO
Baku TV Şuşada fəaliyyət göstərən 1 nömrəli tam orta məktəbin fəaliyyəti ilə tanış olub.
Baku TV Şuşada fəaliyyət göstərən 1 nömrəli tam orta məktəbin fəaliyyəti ilə tanış olub.
Məktəbin direktoru Səbinə Gözəlova bildirib ki, müəssisədə 200-dən çox şagird təhsil alır. Onlara akademik biliklərlə yanaşı, milli-mənəvi dəyərlər, məsuliyyət və vətənpərvərlik hissi aşılanır.
Onun sözlərinə görə, şagirdlər müxtəlif olimpiada və bilik yarışlarında iştirak edərək uğurlar əldə edirlər. Məktəbdə həmçinin intellektual yarışlar təşkil olunur, bu isə onların inkişafına töhfə verir.
Direktor əlavə edib ki, məktəbdənkənar fəaliyyət istiqamətində də mühüm işlər görülür. Belə ki, məktəbin nəzdində Bülbülcan adına Uşaq Musiqi Məktəbinin fortepiano bölməsi yaradılıb, hazırda isə Şuşa rayon Uşaq və Gənclər İdman-Şahmat Məktəbinin yaradılması istiqamətində hazırlıq işləri aparılır.
Kitabxana müdiri Mehparə Quliyeva isə oxu klubunun yaradıldığını, şagirdlərin kitablara marağının artırılması istiqamətində işlər görüldüyünü qeyd edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətQHT sədri: "Xırdalandan keçib evə çatmaq mümkün deyil"
"Bakıda şəhərsalmada olan ən böyük problemi yolların salınması ilə bağlıdır".
CəmiyyətAprelin 12-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub
Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2026-cı il aprelin 12-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.
CəmiyyətƏmisi tərəfindən cinsi istismar olunduğunu iddia edən qızla bağlı SON XƏBƏR
Cinsi istismara və yaxınları tərəfindən təhdidlərə məruz qaldığını iddia edən Nizami rayon sakini - 2004-cü il təvəllüdlü Nərmin Daşqın qızı Şirəliyeva ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən aidiyyəti qurumlara (Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa, həmçinin müvafiq rayon icra hakimiyyətinə) faktın hərtərəfli araşdırılması və hüquqi qiymət verilməsi məqsədilə rəsmi müraciətlər ünvanlanıb.
CəmiyyətAgentlik sədri: "Binalar tikilərkən məsafə, ekoloji, sosial faktorlar nəzərə alınmalıdır"
"Binalar inşa olunarkən bəzi faktorlar nəzərə alınmır".