
Ümumdünya Ətraf Mühit Günündə "Global Media Group"un dəstək verdiyi layihələrin təqdimatı olub - FOTO
Azərbaycan növbəti mötəbər beynəlxalq tədbirə 5 İyun - Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edib.
Azərbaycan növbəti mötəbər beynəlxalq tədbirə 5 İyun - Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edib.
Gundem.today xəbər verir ki, bu münasibətlə Heydər Əliyev Mərkəzində açıq havada təşkil olunan silsilə tədbirlər çərçivəsində ətraf mühitin qorunması, təkrar emal mədəniyyətinin təşviqi və sosial məsuliyyətin gücləndirilməsinə xidmət edən müxtəlif təşəbbüslər ictimaiyyətə təqdim edilib.
Bu layihələr arasında "Təmiz Şəhər" ASC-nin təşəbbüsü, bir sıra dövlət və özəl tərəfdaşların, o cümlədən, "Global Media Group"un informasiya dəstəyi ilə reallaşdırılan "Card to Art" və "KAĞIZ GƏTİR-KİTAB APAR" sosial-ekoloji layihələri də yer alıb.
Tədbir çərçivəsində açıq havada qurulan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin stendində istifadə müddəti başa çatmış və son bir il ərzində xüsusi toplama qutularında yığılan plastik kartlardan hazırlanmış incəsənət nümunələrinin təqdimatı keçirilib. "Card to Art" sosial-ekoloji layihəsi tullantıların sadəcə atılmalı material deyil, yaradıcılıq və sənət vasitəsilə yeni dəyər qazanan resurs olduğunu nümayiş etdirib. Layihə çərçivəsində əlilliyi olan şəxslər tərəfindən hazırlanan əl işləri ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb, onların sosial inteqrasiyasına və yaradıcılıq potensialının nümayişinə əlavə imkan yaradıb.
"KAĞIZ GƏTİR-KİTAB APAR" sosial-ekoloji layihəsi isə əsasən məktəblilər arasında təkrar emal vərdişlərinin formalaşdırılmasına xidmət edir. 18 mart - Qlobal Təkrar Emal Günündə Bakı Avropa Liseyindən start götürən layihə çərçivəsində şagirdlər evlərində topladıqları istifadəsiz kağızları təhvil verərək əvəzində yeni kitablar əldə ediblər. Layihənin məqsədi gənc nəslin ekoloji məsuliyyət hissini artırmaqla yanaşı, onların mütaliəyə marağını təşviq etmək, həmçinin, kağız tullantılarının təkrar emala yönləndirilməsinə töhfə verməkdir.
Hər iki layihə ekoloji məsuliyyət, resurslardan səmərəli istifadə və sosial həmrəylik kimi mühüm dəyərləri özündə birləşdirir. Layihələr vasitəsilə bir tərəfdən tullantıların ətraf mühitə mənfi təsirinin azaldılması, digər tərəfdən isə cəmiyyətin müxtəlif qruplarının faydalı və yaradıcı fəaliyyətlərə cəlb olunması hədəflənir.
Qeyd edək ki, "Card to Art" və "KAĞIZ GƏTİR-KİTAB APAR" sosial-ekoloji layihələri Ekologiya və Təbii Sərvətlər Nazirliyi, "DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi", "Yapı Kredi Bank Azərbaycan", "Facility Management Group", "Global Media Group", "Araz" supermarketlər şəbəkəsi, "ECOhub", Azərbaycan Nəşriyyatları Assosiasiyası, "Global Management", "Bravo Supermarket", "Smart Waste" MMC, "Chapar Poliqrafiya", "Gilavar Foto Klubu" və Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin dəstəyi ilə həyata keçirilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətÖlkəmizdə psixi xəstələrin sayı sürətlə artır - ŞOK RƏQƏMLƏR
2025-ci ildə psixoaktiv maddələrin qəbulu ilə bağlı olan pozuntular istisna olmaqla, psixi və davranış pozuntuları diaqnozu ilk dəfə qoyulmuş 6 063 nəfər qeydiyyata alınıb.
CəmiyyətŞahbuz rayonunun Kükü kəndinə dolu düşüb - VİDEO
Naxçıvan Muxtar Respublikasında qeyri-sabit hava şəraiti hökm sürür.
CəmiyyətƏhliman Əmiraslanov və Abel Məhərrəmova VƏZİFƏ VERİLDİ
Azərbaycan Ağsaqqallar Şurası (AAŞ) sədrinə yeni müavinlər təyin olunub.
CəmiyyətSakinlərin NƏZƏRİNƏ: Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz təchizatında fasilələr yaranacaq.