
Ümumdünya Meteorologiya Təşkilatından XƏBƏRDARLIQ: İstilik dalğası yenidən aktivləşəcək
Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) dünyada havanın kəskin isinməsi ilə xarakterizə olunan "El-Ninyo" iqlim fenomeninin yaxın gələcəkdə yenidən aktivləşəcəyini ehtimal edir.
Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) dünyada havanın kəskin isinməsi ilə xarakterizə olunan "El-Ninyo" iqlim fenomeninin yaxın gələcəkdə yenidən aktivləşəcəyini ehtimal edir.
Gundem.today xəbər verir ki, bu məlumat beynəlxalq qurumun hesabatında öz əksini tapıb.
Agentliyin hesabatında bildirilir ki, 2026-cı ilin ortalarından etibarən qlobal miqyasda yağıntıların miqdarına və temperatur göstəricilərinə təsir edəcək "El-Ninyo" prosesinin bərpa olunacağı gözlənilir. ÜMT ekspertləri artıq ekvatorial Sakit okean sularının üst qatında temperaturun sürətlə artdığını müşahidə edirlər. Analitiklər hesab edirlər ki, mövcud qlobal tendensiya 2026-cı ilin may-iyul aylarında yenidən "El-Ninyo" şəraitinə qayıdış ehtimalından xəbər verir. ÜMT-nin iqlim proqnozları idarəsinin rəhbəri Vilfrank Mufuma Okiyanın açıqlamasına əsasən, bu fenomenin təsir gücü kifayət qədər böyük ola bilər, ancaq dəqiq vəziyyət yalnız aprel ayından sonra müəyyənləşəcək.
Planetimizin hava və iqlim şəraiti əsas etibarilə "El-Ninyo" və "La-Ninya" (ispan dilindən tərcümədə "oğlan" və "qız" mənasını verir - red.) adlandırılan iki fərqli təbii fenomenin gedişatından asılıdır. Birinci hadisə Sakit okeanın mərkəz və şərq hissələrində suyun səthinin qəfil isinməsi ilə xarakterizə olunursa, ikinci hal əksinə, həmin suların soyuması ilə müşayiət edilir. Bir neçə ildən bir bir-birini əvəz edən "El-Ninyo" və "La-Ninya" atmosfer küləklərinin və okean cərəyanlarının hərəkətində ciddi fərqlər yaradır. Nəticə etibarilə, bu cür iqlim dəyişiklikləri yer üzünün bəzi bölgələrində şiddətli quraqlıqlara, digər yerlərdə isə fəlakətli yağışlara gətirib çıxarır. Nümunə olaraq, ötən əsrin sonlarında Avstraliyada qeydə alınan və 1996-2010-cu illəri əhatə edən "minillik quraqlıq" çox güclü "El-Ninyo" axını nəticəsində yaranmışdı. Bu qlobal böhran yalnız yeni "La-Ninya" dövrünün başlaması ilə sona çatmışdı.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ Venesuelaya Maduro və həyat yoldaşının vəkillərinin xərclərini ödəməyə icazə verdi
Amerika Birləşmiş Ştatlarının rəhbərliyi Venesuela dövlətinə ölkənin keçmiş prezidenti Nikolas Maduro və onun xanımı Siliya Floresin vəkil xərclərini qarşılamağa razılıq verib.
DünyaRəsmi Tehran Pakistandakı danışıqların detallarını açıqladı: ABŞ rəsmiləri ilə görüş gözlənilmir
İranın xarici işlər naziri Abbas Əraqçı Pakistana səfəri zamanı ABŞ nümayəndələri ilə görüş keçirməyi planlaşdırmır.
DünyaABŞ ordusu Sakit okeanda katerə zərbələr endirdi: Ölənlər var - VİDEO
ABŞ ordusu Sakit okeanın şərq hissəsində narkotik qaçaqmalçıları tərəfindən istifadə edildiyi ehtimal olunan katerə zərbələr endirib.
DünyaABŞ ordusu Sakit okeanda katerə zərbə endirdi: Ölənlər var - VİDEO
ABŞ ordusu Sakit okeanın şərq hissəsində narkotik qaçaqmalçıları tərəfindən istifadə edildiyi ehtimal olunan katerə zərbə endirib.