Son dəqiqə
Rumıniyada siyasi gərginlik: Müxalifət alyansı hökuməti istefaya göndərdiPaytaxtda ağır qəza: Üç avtomobil toqquşdu - VİDEOƏhalinin yaşayışını burnundan gətirən durum: "Biabırçılıqdır, heç rayonda belə yaşamırlar" - VİDEOAvropanın diqqəti Bakıda: Regionun açar dövləti AzərbaycandırGürcüstanda casusluqda ittiham olunan dövlət qulluqçusu saxlanılıbCəlilabadda gənc müəllim vəfat etdi
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. ÜST-dən kruiz gəmisindəki ölümcül hantavirus infeksiyası ilə bağlı AÇIQLAMA
ÜST-dən kruiz gəmisindəki ölümcül hantavirus infeksiyası ilə bağlı AÇIQLAMA
Dünya

ÜST-dən kruiz gəmisindəki ölümcül hantavirus infeksiyası ilə bağlı AÇIQLAMA

Bu gün
20:42
0 baxış
Paylaş:

"MV Hondius" kruiz gəmisində hantavirus əlamətləri müşahidə edilən ilk sərnişinlərin infeksiyaya gəmiyə daxil olmazdan öncə yoluxduğu məlum olub.

"MV Hondius" kruiz gəmisində hantavirus əlamətləri müşahidə edilən ilk sərnişinlərin infeksiyaya gəmiyə daxil olmazdan öncə yoluxduğu məlum olub.

Gundem.today-ın TASS agentliyinə istinadla yaydığı xəbərə əsasən, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Epidemiya və Pandemiyaya Hazırlıq və Profilaktika üzrə direktor əvəzi Maria Van Kerkhove məlumat paylaşıb.

"İnfeksiyaya yoluxmanın gəmidən kənarda baş verdiyini və həmin şəxslərin (ilk yoluxan ər və arvad - red.) kruiz laynerinə artıq xəstə halda daxil olduqlarını ehtimal edirik", - deyə o, Cenevrədə təşkil olunan brifinq zamanı qeyd edib.

Mütəxəssis vurğulayıb ki, bir həftə ilə altı həftə arasında davam edən hantavirusun inkubasiya dövrü bu ehtimalı təsdiqləyir. Onun açıqlamasına əsasən, ilk xəstələnən sərnişinlər gəmiyə Argentina ərazisində daxil olublar. Van Kerkhove həmçinin bildirib ki, ÜST nümayəndələrinə gəmi daxilində virusun potensial daşıyıcısı kimi tanınan siçovulların aşkar edilmədiyi barədə məlumat çatdırılıb.

"Ümumdünya Səhiyyə Təşkilatının qənaətinə görə, "MV Hondius" kruiz laynerində hantavirusun ən riskli ştammlarından sayılan Andes virusunun yayılması qeydə alınıb.

Qeyd edək ki, gəmidə hantavirus epidemiyası nəticəsində üç nəfərin həyatını itirdiyi bildirilmişdi. Daha üç sərnişində isə xəstəliyin əlamətləri aşkarlanıb. Hazırda gəmi Kabo-Verde dövlətinin paytaxtı Praya limanında dayanıb. Heyət üzvlərinin və sərnişinlərin sahilə enməsinə qadağa qoyulub, onlar göyərtədəki tibbi personal tərəfindən yoxlanışdan keçirilirlər.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Ümumdünya_Səhiyyə_Təşkilatı_(ÜST)#Kəskin_respirator_virus_infeksiyaları_(KRVİ)

Oxşar Xəbərlər

Rumıniyada siyasi gərginlik: Müxalifət alyansı hökuməti istefaya göndərdiDünya

Rumıniyada siyasi gərginlik: Müxalifət alyansı hökuməti istefaya göndərdi

Rumıniya parlamenti İlie Boloyanın rəhbərlik etdiyi hökumətə etimadsızlıq votumu verib. Mayın 5-də keçirilən plenar iclasda kabinetin istefası lehinə 281 deputat və senator səs verib.

Bu gün
21:540
Gürcüstanda casusluqda ittiham olunan dövlət qulluqçusu saxlanılıbDünya

Gürcüstanda casusluqda ittiham olunan dövlət qulluqçusu saxlanılıb

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) casusluqda ittiham olunan dövlət qulluqçusunun saxlanıldığını açıqlayıb.

Bu gün
21:240
Çinin məxfi silahının sınağı keçirildi - VİDEODünya

Çinin məxfi silahının sınağı keçirildi - VİDEO

Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) adı və təyinatı açıqlanmayan yeni silah növünü test etməsinə dair kadrlar yayılıb.

Bu gün
20:540
"İranın heç bir şansı yoxdur" - Trampdan sərt mesajlarDünya

"İranın heç bir şansı yoxdur" - Trampdan sərt mesajlar

"ABŞ İranın Silahlı Qüvvələrini təxminən iki həftə ərzində faktiki olaraq məhv edib".

Bu gün
20:400