
"Üzə bilmirdi, kömək istədi": Araz çayında batan şagirdlə bağlı TƏFƏRRÜAT - VİDEO
İmişlidə baş verən bədbəxt hadisənin təfərrüatı məlum olub.
İmişlidə baş verən bədbəxt hadisənin təfərrüatı məlum olub.
Mərhumun qohumu Mehman Cəfərov hadisə ilə bağlı Baku TV-yə açıqlamasında bunları deyib:
"İmtahandan çıxıb evə gəlmişdi. Atası mağazada işləyir, onun yanına gedib, daha sonra isə bura (çaya) gəlib. Çimərkən boğulub. Yanındakı uşaq qışqıraraq kömək istəyib. Çayda suyun səviyyəsi çoxdur. Ehtimal ki, üzməyi bacarmayıb".
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) dalğıc-axtarış qrupu cəlb olunub. Hazırda axtarış-xilasetmə tədbirləri davam etdirilir.
08 iyun, 22:24
Araz çayının İmişli rayonundan keçən hissəsində batan 11-ci sinif şagirdi Turan Mirişlinin axtarışları davam edir.
Gundem.today "Report"a istinadən xəbər verir ki, axtarışların asanlaşdırılması məqsədilə Bəhrəmtəpə hidroqovşağından Araza buraxılan suyun həcmi azaldılmaqla çayda suyun səviyyəsi endirilib.
Qeyd edək ki, hadisə ötən gün axşam saatlarında baş verib. Turan Mirişli çaya düşərək batıb. Batan şəxsin axtarışları üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc xilas ediciləri və katerlər cəlb olunub, axtarışlar davam etdirilir.
08 iyun, 11:22
Araz çayının İmişli rayonundan keçən hissəsində batan 11-ci sinif şagirdinin axtarışları davam etdirilir.
Gundem.today xəbər verir ki, bu ilin məzunu Turan Mirişlinin tapılması məqsədilə hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri və katerləri cəlb edilib.
Hazırda ərazidə axtarış-xilasetmə tədbirləri davam etdirilir.
Məhərrəm Əliyev
08 iyun, 01:36
İmişli rayonunda 11-ci sinif şagirdinin Araz çayında boğulması ilə nəticələnən hadisə baş verib.
Gundem.today AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Araz çayının İmişli rayonunun Rəsullu və Məhəmmədli kəndləri ərazisindən keçən hissəsində qeydə alınıb.
T.Mirişov çaya düşüb və boğulub. Hazırda axtarışlar davam etdirilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
HadisəAğdamda məktəbli qız Bərdə sakini ilə qaçdı
Ağdamda 10-cu sinif şagirdi Bərdə sakini ilə qaçıb.
HadisəSabunçuda açıq ərazidə yanğın baş verib - VİDEO
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
HadisəSabunçuda açıq ərazidə yanğın baş verib
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
HadisəBakının məşhur gecə klubunun qarşısında dava: İki mühafizəçi həbs edildi
Bakının Səbail rayonunda gecə klubunda dava olub.