Valyuta
USD1.7000EUR1.9591Qızıl233.10
Son xəbər
Çempionlar Liqasının əsas favoritləri AÇIQLANDI"Dolfin" Çinə yaxınlaşır: QIRMIZI XƏBƏRDARLIQ elan edildiBTQ: Fransa və Niderlandın müstəmləkə idarəçiliyi altında olan yerli icmalarla həmrəyikSumqayıtda binada YANĞIN: Sakinlər təxliyə ediliblər - VİDEOUFC-də sensasiya: Salkilld Qamrotu ilk raundda məğlub etdi - VİDEOÇempionlar Liqasının əsas favoritləri AÇIQLANDI"Dolfin" Çinə yaxınlaşır: QIRMIZI XƏBƏRDARLIQ elan edildiBTQ: Fransa və Niderlandın müstəmləkə idarəçiliyi altında olan yerli icmalarla həmrəyikSumqayıtda binada YANĞIN: Sakinlər təxliyə ediliblər - VİDEOUFC-də sensasiya: Salkilld Qamrotu ilk raundda məğlub etdi - VİDEO
Gündəm
Ana səhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünya
HavaNamazValyutaQızıl
BaşlanğıcXəbərlərHavaNamaz
Gündəm

Azərbaycanın gündəmi bir yerdə — xəbər, valyuta, qızıl, hava və namaz vaxtları.

Kateqoriyalar

SiyasətİqtisadiyyatTexnologiyaİdman

Faydalı

Valyuta məzənnəsiQızıl qiymətiAxtarış
© 2026 Gündəm
  1. Ana səhifə
  2. İqtisadiyyat
  3. Vaşinqton bəyannaməsinin iqtisadi dividendləri: Sabitlik və nəqliyyat-logistika sahəsində yeni üfüqlər yaranır
Vaşinqton bəyannaməsinin iqtisadi dividendləri: Sabitlik və nəqliyyat-logistika sahəsində yeni üfüqlər yaranır
İqtisadiyyat

Vaşinqton bəyannaməsinin iqtisadi dividendləri: Sabitlik və nəqliyyat-logistika sahəsində yeni üfüqlər yaranır

Dünən
15:52
Paylaş:

Ötən ilin avqustun 8-də Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderləri arasında keçirilən zirvə görüşündə əldə olunan nəticələr təkcə rəsmi Bakı ilə İrəvan münasibətlərində sülh gündəliyinin irəliləməsi baxımından deyil, həm də Cənubi Qafqazın iqtisadi gələcəyi üçün yeni perspektivlər formalaşdırır. Siyasi dialoqun iqtisadi əməkdaşlıqla tamamlanması regionda nəqliyyat-kommunikasiya əlaqələrinin genişlənməsi, ticarətin canlanması və qarşılıqlı etimadın möhkəmlənməsi üçün yeni imkanlar yaradı

Ötən ilin avqustun 8-də Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderləri arasında keçirilən zirvə görüşündə əldə olunan nəticələr təkcə rəsmi Bakı ilə İrəvan münasibətlərində sülh gündəliyinin irəliləməsi baxımından deyil, həm də Cənubi Qafqazın iqtisadi gələcəyi üçün yeni perspektivlər formalaşdırır. Siyasi dialoqun iqtisadi əməkdaşlıqla tamamlanması regionda nəqliyyat-kommunikasiya əlaqələrinin genişlənməsi, ticarətin canlanması və qarşılıqlı etimadın möhkəmlənməsi üçün yeni imkanlar yaradır. Bu baxımdan, Vaşinqton bəyannaməsi sülhün iqtisadi əsaslarının formalaşmasına xidmət edən mühüm addım kimi qiymətləndirilə bilər.

Məsələ ilə bağlı Gundem.today-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qeyd edib ki, Vaşinqton razılaşması Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması ilə yanaşı, eyni zamanda, region üçün ciddi iqtisadi dividendlər vəd edir.

Onun sözlərinə görə, bu anlaşmadan sonra Azərbaycan sülh gündəliyinə sadiq olaraq Ermənistana yanacaq məhsullarının ixracını həyata keçirib:

"Eyni zamanda, Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycan üzərindən Ermənistana daşınan bütün yüklərə olan məhdudiyyətlər aradan qaldırılıb. Bu, birmənalı şəkildə Azərbaycanın regiondakı sülh prosesinə töhfəsini nümayiş etdirirdi. Bu baxımdan, Azərbaycan sülh gündəliyinə sadiqdir və regionda iqtisadi əməkdaşlığı dəstəkləyir.

Prezident İlham Əliyev Şuşada keçirilən IV Qlobal Media Forumunda da qeyd etdi ki, beynəlxalq yükdaşımalar qonşu ölkələrin əlaqələrindən birbaşa asılıdır. Azərbaycan və Ermənistan arasındakı sülh regionda əməkdaşlığın formalaşması ilə yanaşı, digər tərəfdən, region üçün yeni iqtisadi imkanlar yaradır".

V.Bayramov əlavə edib ki, vacib məqamlardan biri Zəngəzur dəhlizinin reallaşması ilə bağlıdır:

"Nəzərə alsaq ki, Ermənistan ərazisindən keçən hissə ("Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) - red.) Trampın təşəbbüsü ilə reallaşan infrastruktur layihəsidir. Bu, Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək. Quru nəqliyyatının formalaşmasına imkan verəcək. TRIPP təkcə Azərbaycan üçün deyil, ümumilikdə region üçün iqtisadi dividendlər vəd edir. Kommunikasiyaların yenidən bərpa olunması bütövlükdə nəqliyyat-logistikanın ciddi şəkildə dəstəklənməsi anlamına gəlir".

Deputat vurğulayıb ki, 2025-ci ilin avqustun 8-də Vaşinqtonda keçirilən tarixi görüşdən sonra Azərbaycan-ABŞ münasibətləri yeni mərhələyə qədəm qoyub:

"Həmin görüşün davamı kimi Bakıda təşkil edilən iqtisadi dialoqun nəticəsi olaraq imzalanan müqavilələr iki ölkə münasibətlərinin ənənəvi enerji tərəfdaşlığından strateji, şaxələndirilmiş və süni intellekt daxil olmaqla yüksək texnoloji iqtisadi müttəfiqliyə keçməsinə imkan yaratdı.

Strateji tərəfdaşlıq Azərbaycanın ABŞ-yə ixracının artmasını da stimullaşdırıb. 2026-cı ilin ilk beş ayında Azərbaycanın Birləşmiş Ştatlara ixracı 38 faiz artıb. Həmin müddətdə Azərbaycan okeanın o tayına 43.1 milyon dollar dəyərində mal ixrac edib. ABŞ-yə ixrac etdiyimiz məhsulların 90 faizi qeyri-neft-qaz məhsullarıdır. Bu isə ABŞ-nin Azərbaycanın qeyri neft-qaz ixracatında yeni bazarlardan birinə çevrilməsi deməkdir. İqtisadi dialoq çərçivəsində 7.5 milyard dollar dəyərində imzalanan müqavilələr isə ölkələr arasındakı iqtisadi münasibətlərin daha ünvanlı, yüksəksəviyyəli strateji tərəfdaşlığa çevrildiyindən xəbər verir. Bu əməkdaşlıq Azərbaycanda süni intellekt və rəqəmsal texnologiyanın inkişafı üçün yeni imkanlar yaradır. İmzalanan müqavilələr və eləcə də süni intellekt üzrə işçi qrupunun fəaliyyət göstərməsi təsdiq edir ki, ölkəmiz Birləşmiş Ştatlardan bu sahədə daha çox texnologiya və innovasiya transfer edə biləcək".

Parlamentari bildirib ki, Azərbaycan və Ermənistan arasında da artıq ticarət formalaşmaqdadır:

"2026-cı ilin ilk yarısının yekunlarına əsasən, Azərbaycanın Ermənistana ixracının ümumi həcmi 17.1 milyon dollara çatıb. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2026-cı ilin ilk beş ayında isə Azərbaycan ilə Ermənistan arasındakı ticarət dövriyyəsi 11 milyon 273 min dollar olub. Bu müddətdə dövriyyənin 11 milyon 272 min dollarını Azərbaycandan Ermənistana ixrac təşkil edib. Azərbaycana Ermənistandan cəmi min dollarlıq məhsul idxal olunub. Ticarətin strukturuna gəldikdə isə, rəsmi statistikaya əsasən, Ermənistandan min ədəd kəsilmiş təzə qızılgüllər idxal edilib. DSK-nın rəsmi hesabatında bu Ermənistandan idxal kimi qeyd olunur. Bununla belə, güman olunur ki, söhbət reeksportdan (yenidən ixrac - red.) gedir.

Azərbaycan isə bu ilin ilk beş ayında Ermənistana dizel yanacağı da daxil olmaqla ağır distillyatlar və qazoyllar (9 milyon 426 min dollar), mühərrik benzinləri (1 milyon 167 min dollar), tərkibində qurğuşunun miqdarı 0.013 q/l-dən çox olmayan, 95-dən az olan oktan ədədi ilə mühərrik benzinləri (672 min dollar) və inşaat detalları (6 min dollar) ixrac edib. DSK-nın təqdim etdiyi rəsmi rəqəmlərdən görünür ki, Ermənistana yanacaq ilə yanaşı, inşaat detalları da ixrac edilib. Rəsmi hesabatda bu

#İqtisadiyyat#Vaşinqton_Bəyannaməsi#Cənubi_Qafqaz#sülh_müqaviləsi#Azərbaycan_və_Ermənistan#iqtisadi_əməkdaşlıq#Zəngəzur_dəhlizi#TRIPP_layihəsi#Vüqar_Bayramov#nəqliyyat-logistika#tranzit_imkanları.

Oxşar Xəbərlər

KİV: Günəş tutulması Avropada elektrik enerjisi çatışmazlığını dərinləşdirə bilərİqtisadiyyat

KİV: Günəş tutulması Avropada elektrik enerjisi çatışmazlığını dərinləşdirə bilər

Gələn həftə baş verəcək günəş tutulması Avropada enerji sisteminə düşən yükü artıra və elektrik enerjisi çatışmazlığını daha da dərinləşdirə bilər.

Bu gün · 09:00
Nəqliyyat xərclərinin qarşılanması qeyri-neft ixracına necə təsir edəcək?İqtisadiyyat

Nəqliyyat xərclərinin qarşılanması qeyri-neft ixracına necə təsir edəcək?

Azərbaycanda qeyri-neft-qaz məhsullarının ixracını artırmaq məqsədilə tətbiq edilən yeni logistika dəstəyi və nəqliyyat xərclərinin 70 faizədək subsidiyalaşdırılması mexanizminin iqtisadi təsirləri barədə ətraflı ekspert təhlili.

Dünən · 17:20
Azərbaycan-ABŞ iqtisadi münasibətlərində tarixi dönüş: Süni intellekt, Orta Dəhliz və nəhəng investisiyalarİqtisadiyyat

Azərbaycan-ABŞ iqtisadi münasibətlərində tarixi dönüş: Süni intellekt, Orta Dəhliz və nəhəng investisiyalar

Azərbaycan və ABŞ arasında 7,5 milyard dollarlıq müqavilələr, Orta Dəhliz və süni intellekt layihələri ilə strateji tərəfdaşlığın yeni dövrü başlayır. İlk İqtisadi Dialoqun detalları barədə oxuyun.

Dünən · 19:16
Azərbaycan gələcəyin enerjisini Avropaya daşıyırİqtisadiyyat

Azərbaycan gələcəyin enerjisini Avropaya daşıyır

Son illərdə Avropa İttifaqı ilə Azərbaycan arasında yaşıl enerji sahəsində əməkdaşlıqla bağlı ciddi müzakirələr aparılır. Ölkəmizin yaşıl enerjiyə yatırımları, potensial ixrac hədəfləri bu sahədə uğurlu əməkdaşlıq modelinin yaradıla biləcəyinə dair inamı artırır.

Dünən · 13:16